Bu namizədlərin adının üstündən xətt çəkiləcək - Məzahir Pənahov

Bu namizədlərin adının üstündən xətt çəkiləcək
Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində namizədliyini geri götürən şəxslərin seçki bülletenlərində adının üstündən xətt çəkiləcək.

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, hansısa namizəd seçki bülletenləri çap olunana qədər mübarizəni dayandırsa, imkan olduğu halda namizədin adı bülletendən çıxarılacaq.

M.Pənahov bildirib ki, əgər namizədin adı seçki bülletenindən çıxarılmasa, yerlərdə Seçki Məcəlləsinin tələbinə görə, namizədin adının üstündən xətt çəkiləcək: “Biz hər zaman çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adları heç seçki bülleteninə düşməsin”. (trend)шаблоны для dle 11.2

Oxunub: 692






E-mail: cahan.info@mail.ru