Prezident köməkçisi dövlət qulluğundan getdi – Səbəb?

Prezident köməkçisi dövlət qulluğundan getdi
Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkov dövlət qulluğundan istefa verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Siyasi Konyunktura Mərkəzinin direktoru Aleksey Çesnakov öz “Telegram” kanalında məlumat yayıb.

Aleksey Çesnakovun sözlərinə görə, Vladimir Surkovun bu qərarı Ukrayna istiqamətində gedişatın dəyişməsi ilə əlaqədar verilib. Vladimir Surkov söz verib ki, bu addımın səbəbləri və gələcək planları barədə bir ay ərzində məlumat verəcək. “Növbəti ay ərzində meditasiya ilə məşğul olacaq”, - deyə Aleksey Çesnakov öz bildirib.

Vladislav Surkov 2013-cü ildən bəri Rusiya prezidentinin köməkçisidir. Abxaziya və Cənubi Osetiya ilə sosial-iqtisadi əməkdaşlıq, habelə Ukraynanın şərqindəki münaqişənin nizamlanması məsələlərinə nəzarət edib. Bundan əlavə, 2011-ci ildən Rusiya hökuməti sədrinin müavini, 2012-ci ildən isə Rusiya hökuməti aparatının rəhbəri vəzifələrində çalışıb. 2004-2008-ci illərdə də Prezidentin köməkçisi olub.шаблоны для dle 11.2

Oxunub: 492






E-mail: cahan.info@mail.ru