Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: kəndlisi nişanlısına zəng etdi və...

kəndlisi nişanlısına zəng etdi və...
Sabirabad rayonunda qanlı cinayət hadisəsi törətməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Bəxtiyar Xankişiyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Naməlum zəng

Publika.az-ın xəbərinə görə, Bəxtiyar Xankişiyev 15 may 2017-ci il tarixdə, saat 13.30-da Sabirabad rayonunun Qaraağac kəndində yaşayan əmisi Elyanurun evinə gəlib.

Əmisinin evində olduğu zaman Bəxtiyar Xankişiyev qohumu Zibeydə Mirzəyevaya məxsus mobil telefona zəng gəldiyini görüb. Zibeydə həmin telefonunu Bəxtiyara verərək tanımadığı nömrə olduğuna görə cavab verməsini xahiş edib.

Nişanlıma niyə zəng vurmusan?

Bu zaman Bəxtiyar Zibeydənin telefonunu götürərək gələn zəngə cavab verib. Bir nəfər oğlanın telefonda ona kim olmasını və nişanlısının telefonuna bu nömrədən zəng gəlməsini deyib.

Həmin zəng edən şəxs bu nömrədən nişanlısının telefonuna zəng edilməsinin səbəbini soruşub. Zəng edən şəxs özünü təqdim edən zaman onunla danışanın həmkəndlisi Elmir Oruclu olduğunu bilib.

Mübahisə və dava

Elmir nişanlısının telefonuna zəng etməsini Bəxtiyara irad tutaraq mübahisə edib. Həmin vaxt Elmir ona nalayiq sözlər deyib və ondan kənddə olan “Rahat” adlı marketin yerləşdiyi yerə gəlməsini tələb edib.

Bəxtiyar evdən çıxaraq həmin gün saat 14 radələrində “Rahat” marketin yerləşdiyi yerə gəlib, kəndarası küçədə Elmir Oruclu ilə rastlaşıb. Elmir onu yenidən nalayiq sözlərlə söyüb, şillə ilə sifət nahiyəsindən vurub.

Qanlı dava və həbs

Elmir hərəkətlərini davam etdirərək Bəxtiyara əlavə zərbələr vurmağa cəhd edərkən sonuncu zərində gəzdirdiyi cib bıçağını çıxarıb və onun qarşısında sağ və sol tərəfə hərəkət etdirməklə özündən kənarlaşdırmağa çalışıb.

Bu zaman Elmir Bəxtiyara müqavimət göstərib, Bəxtiyar isə özündə olan bıçaqla ona bir neçə xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs həbs edilib.

İstintaq orqanı tərəfindən Bəxtiyar Xankişiyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Xankişiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Bəxtiyar Xankişiyev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, cəzasının daha yüngül cəza ilə əvəz olunmasını istəyib.

“Məni təhqir etdi”

Bəxtiyar Xankişiyev qeyd edib ki, telefon zənginə qohumu Zibeydə Mirzəyevanın təkidi ilə cavab verib: “Zəng edən Elmir Oruclu məni təhqir etdi və söyüşlər söydü. Bunu yanımda olan bütün qohumlarda təsdiq edərlər. Çünkü telefonun mikrafonu xarab olduğundan bərk səslə eşidilirdi. Sonra Elmiri tanıdığımdan, yəni həmkəndlim olduğundan, kənd dükanının qabağına gələrək məni niyə söydüyünü soruşdum. O isə yenə məni söydü və hətta yaşda və boyda da məndən böyük olduğuna görə məni döyməyə başladı. Mən isə özünü müdafiə etmək üçün bıçağımı çıxardım”.

Təqsirləndirilən şəxs daha sonra şikayətində qeyd edib: “Hətta atam ilə polis şöbəsinə gedərək hadisə barədə məlumat vermişəm. Elmirin xəstəxana xərclərini də heyvanlarımı sataraq ödəmişəm. Söyüldüyüm və döyüldüyüm üçün də ondan heç bir şikayət etməmişəm”.

Cəza 2 ilə endirildi

Bəxtiyar Xankişiyevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilib, Bəxtiyar Xankişiyevin cəzası 2 ilə endirilib.шаблоны для dle 11.2

Oxunub: 163






E-mail: cahan.info@mail.ru