Nazirlikdən pensiyaçılara xəbərdarlıq

Nazirlikdən pensiyaçılara xəbərdarlıq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəzi KİV-lərdə dələduzların pensiyaçı şəxslərə zəng edərək onlara pensiya məbləğlərinin artdığını bildirməsi, artan məbləğin guya, pensiya kartlarına yüklənməsi üçün onlardan pensiya kartlarının nömrələrini istəmələri barədə yayılan məlumatlara münasibət bildirib

Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı öz sosial hesabında qeyd edib ki, həmin şəxslərin məqsədi pensiyaçıları aldadaraq onların kartlarından vəsait oğurlamaqdır: "Ona görə də pensiyaçıların diqqətinə çatdırırıq ki, heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz və heç kimə də öz kart məlumatlarını verməsinlər.

Onu da bildirim ki, pensiya artdığı halda heç bir pensiyaçıya bu barədə evinə zəng edib məlumat verilmir, sadəcə olaraq artan məbləğ avtomatik şəkildə hesablarına köçürülür”.шаблоны для dle 11.2

Oxunub: 218






E-mail: cahan.info@mail.ru