Bu malları gömrükdən rüsum ödəmədən keçirə bilərsiniz - SİYAHI

Bu malları gömrükdən rüsum ödəmədən keçirə bilərsiniz
Bildiririk ki, fiziki şəxslər tərəfindən malların gömrük sərhədindən keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na uyğun olaraq tənzimlənir.

Demokrat.az xəbər verir ki, bunu BAKU.WS-in sorğusuna cavab verən Dövlət Gömrük Komitəsi bəyan edib.

Komitədən açıqlanıb ki, bu Qaydaların 2.1-ci bəndində göstərilənlərə uyğun olaraq fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.

Eyni zamanda, mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən malların idxalı Azərbaycan Respublikasının “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” 23.12.2003-cü il tarixli 564-IIQ saylı və “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” 23.12.2003-cü il tarixli 565-IIQ saylı Qanunlarına uyğun olaraq tənzimlənir.
шаблоны для dle 11.2

Oxunub: 82






E-mail: cahan.info@mail.ru