Azərbaycana xəyanət etmiş Fəxrəddin Abbasovun məhkəməsi başlayır

Azərbaycana xəyanət etmiş Fəxrəddin Abbasovun məhkəməsi başlayır
Onu ömürlük həbs cəzası gözləyə bilər

Azərbaycan dövlətinə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Faiq Qəniyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açqılanmayıb.

Rəsmi məlumata əsasən, Dövlət Təhlükəsizlik Xidmətində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib.

Bildirilib ki, Bakı şəhəri Səbayel Rayon Məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlunun barəsində həbs-qətimkan tədbiri seçilib.

Abbasov Fəxrəddin Fərman oğlu Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk Şəhər Məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.

Məlumatda qeyd edilib ki, hazırda Azərbaycan vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlunun Ermənistan Respublikasına səfərləri, özünün də bildirməsinə görə, Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistan Respublikasında keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir.

Qeyd edək ki, ictimaiyyətə Fəxrəddin Aboszodə kimi tanınmış Fəxrəddin Abbasovun dəfələrlə Ermənistanda olduğu, orada keçirilən müxtəlif tədbirlərdə Azərbaycan dövləti əleyhinə çıxışlar etdiyi, Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlar səsləndirdiyi barədə məlumatlar, videolar yayılıb. Onun Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələrinin olduğu barədə də hələ Azərbaycandan Rusiyaya getdiyi dövrlərdə məlumatlar yayılmışdı.

2016-cı il fevralın 27-də isə İrəvanda "Ani Plaza" hotelində “Azərbaycanın yerli xalqları: reallıq və perspektivlər” mövzusunda keçirilən tədbirə skaypla qatılan Fəxrəddin Abbasovun ermənilərlə birlikdə azərbaycanlıların və türklərin əleyhinə danışıblar. Tədbirin videosu erməni kəşfiyyatının layihəsi olan “Talyshistan Tv” adlı youtube kanalında yayılıb.

Qeyd edək ki, Azərbaycanda yaşayan talışların təmsilçiləri bu adamı satqın və xain saydıqlarını dəfələrlə bəyan ediblər.

Əvvəllər bəzi adamlar ona cinayət işi açılmasını siyasiləşdirməyə cəhd etsələr də cəhdlərinin əbəs olduğunu özləri də dərk edib geri çəkildilər.

İnsanlar müxtəlif siyasi baxışlara, fərqli düşüncələrə sahib ola bilərlər, lakin xalqın, dövlətin maraqlarından söhbət düşəndə bütün mövqelər birləşməli, dövlət və xalqın mənafeyi hər şeydən üstün tutulmalıdır. Əgər bir insan bu ali keyfiyyətlərdən məhrumdursa və dövlətə xəyanət yolunu tutubsa, o, ən ağır cəzaya məhkumdur.

Hüquqşünaslar isə bildirirlər ki, F.Abbasovun əməllərinin Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələri ilə tövsif olunması o deməkdir ki, onun barəsində ən azı 15 il azadlıqdan məhrumetmə hökmü çıxarılması gözlənilir. Ona ömürlük azadlıqdan məhrumetmə cəzası da kəsilə bilər.

“Yeni Müsavat”шаблоны для dle 11.2

Oxunub: 37






E-mail: cahan.info@mail.ru