Əli Əsədov Baş Nazir kürsüsünə oturan kimi sələfinin "zərgər"inin "əyar"ını "pozdu"...

Əli Əsədov Baş Nazir kürsüsünə oturan kimi sələfinin "zərgər"inin "əyar"ını "pozdu"...
Yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb

Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş Nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifələrindən azad ediliblər.

Həmin vəzifələrə hələlik yeni təyinat olmayıb.

İşdən kənarlaşdırılanlar arasında ən çox diqqəti çəkən Adil Əhmədovdur. O uzun müddət Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinə rəhbərlik edib və Novruz Məmmədovun yaxın adamı kimi tanınıb, buna görə də rəhbərlik etdiyi qurumda baş verən pozuntulara rəğmən "gözün üstə qaşın var" deyilməyən bir ərköyün müdir olub. Novruz Məmmədov Baş Nazir təyin olunduqdan sonra Nazirlər Kabinetində özünə lövbər salan A. Əhmədov hardan biləydi ki, qiymətli metallarda etdiyi kimi öz taleyinin də "əyar"ını düzgün qiymətləndirə bilməyib. İndi "Əli aşından da, Vəli aşından" da məhrum olan "baş zərgər" ötən günlərimi qaytaraydılar" mahnısını zümzümə edəsi olacaq...шаблоны для dle 11.2

Oxunub: 269






E-mail: cahan.info@mail.ru