Qurultay iştirakçısı olan sıravi müsavatçılardan İsa Qəmbərə sərt təpki…

Qurultay iştirakçısı olan sıravi müsavatçılardan İsa Qəmbərə sərt təpki…
Müsavat Partiyası IX qurultayında özünə yeni başqan seçdi. Daha doğrusu, Arif Hacılını yenidən öz postuna təsdiqlədi

Qeyd edək ki, Müsavat Partiyasının başqanı uğrunda mübarizədə üç namizəd yarışıb. Bunlar hazırkı başqan Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı olub. Qurultayda keçirilən səsvermənin nəticələrinə görə, Arif Hacılı böyük səs fərqi ilə önə çıxıb. 333 etibarlı bülletendən 51-ndə Tofiq Yaqublunun, 20-ndə Yadigar Sadıqlının, 262-ndə isə Arif Hacılının adı olub. Namizədlər qalibi təbrik edib və səsvermə nəticəsində hər hansı bir saxtakarlığın olmadığını qeyd etsələr də, tanınmış sıravi müsavatçıların sosial şəbəkələrdə qurultayın nəticəsinə açıq etirazları müşahidə edilir.

Müsavatın üzvü olan jurnalist Şəmşad Ağa sosial şəbəkədə yazdığı statusunda əldə olunan qələbəni İsa Qəmbərin qələbəsi kimi xarakterizə edib. Digər fəal müsavatçı xanım Alya Yaqublunun da bir neçə gündür prosesə etiraz əlaməti sayıla biləcək paylaşımlarına rast gəlinir. Hər iki şəxslə əlaqə saxlayıb, onların yeni başqan seçkisi ilə bağlı narazılıqlarının nədən ibarət olduğunu aydınlaşdırdıq. Müsavat üzvü Şəmşad Ağa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onu qane etməyən səbəblərdən biri də İsa Qəmbərin seçkidən əvvəl ortaya qoyduğu açıq mövqeyi olub: “Hüquqi cəhətdən ola bilərdi ki, İsa Qəmbərin belə bir addım atmasında hansısa problem olmasın. Ancaq İsa Qəmbər sıradan bir müsavatçı deyil. O, uzun müddət bu partiyaya rəhbərlik edib, Müsavatın prezidentliyə irəli sürdüyü namizədi olub. Belə bir şəxsin öz namizədini açıq elan etməsi, təbii ki, seçkinin nəticələrinə təsir etdi, hətta bunu seçki prosesinə müdaxilə kimi də dəyərləndirə bilərik. Doğrudur, seçki günü, yəni bülletenlərin sayılmasında heç bir pozuntuya rast gəlinməyib. Hamı gəlib öz istədiyi namizədə səs verib, amma ümumi proses ədalətli olmayıb. Söhbət seçkiyə qədər olan prosesdən gedir. Maraqlıdır ki, İsa Qəmbər hətta seçki günü də namizədlərin çıxışlarına müdaxilələr etdi ki, bunun da nəticələrə ciddi təsiri oldu. Digər narazılıq qurultay nümayəndələrinin seçilməsi ilə bağlıdır ki, burada da aydınlaşmalı məsələlər var. Bəzi rayon təşkilatları üzvlərinin hansı sayda olması şübhə doğurduğu halda, onların qurultaya çoxlu sayda nümayəndə göndərməsi də narazılıq yaradan faktordur. Gəncə kimi böyük şəhərdən 10 qurultay nümayəndəsi olduğu halda, Bakının hansısa rayonunun bundan sayca çox olan nümayəndə ilə qurultaya qatılması da olduqca maraqlı göründü. Bir sözlə, namizədlərə münasibətdə böyük ayrıseçkiliyə yol verildi. Alternativlərə – digər namizədlərə qarşı partiya daxilində bir il ərzində aparılan əks-təbliğat, böhtan kampaniyası, eyni zamanda, adminstrativ resurslardan istifadə də seçkilərin nəticələrinə ciddi təsir etdi”.

Alya Yaqublu: “…qurultay iştirakçılarını Arif Hacılının rəqiblərinə qarşı aqressiv ovqata köklədi”

Keçmiş Divan üzvü Alya Yaqublu da qəzetimizə açıqlamasında seçki prosesində hansısa saxtakarlıdan deyil, ümumi prosesdən narazı olduğunu bildirdi: “Proses ədalətsiz olub. Xüsusilə də İsa Qəmbərin Arif Hacılını dəstəkləməsi digər iki namizəd üçün qeyri-bərabər rəqabət mühiti yaradıb. Mən bunu adminstrativ resursdan istifadə hesab edirəm. Məmurlar üstün imkanlarından istifadə edib seçiciləri vədlə, pulla, yağ-qəndlə ələ alırlarsa, o da üstün təsir imkanlarından istifadə etməklə müsavatçıların seçimini yönləndirdi. Müsavatın lideri, partiyanın prezidentliyə namizədi və 5 il sonra da Arif Hacılıdan daha çox başqan hesab edilən İsa Qəmbər mətbuata müsahibəsində, özünün də etiraf etdiyi kimi, nüfuzundan istifadə etməməli idi. Seçkilərdə namizədlərə bərabər imkanlar yaratmaq hakimiyyətin borcudursa, partiyada ədalətli seçki mühiti yaratmaq da partiya rəhbərinin borcudur. İsa Qəmbər bu prinsipi pozdu. Hətta qurultayın gedişində də bunu aşkar nümayiş etdirməkdən çəkinmədi. Əvvəldən qəbul edilmiş reqlamentə kobud şəkildə müdaxilə etdi. Namizədləri dəstək çıxışları olmayacaqdı, onlar püşkatma ilə müəyyən olunmuş növbə üzrə danışacaqdılar – Arif Hacılı birinci, Tofiq Yaqublu ikinci, Yadigar Sadıqlı üçüncü çıxışçıydı. İsa Qəmbər moderatorluğundan sui-istifadə edərək həm Arif Hacılıya, həm də özünə aid tənqidlərə sərt reaksiya verdi, qurultay iştirakçılarını Arif Hacılının rəqiblərinə qarşı aqressiv ovqata köklədi. Belə siyasi rəqabət olmur. Tənqidləri arqumentlərlə cavablandırmaq lazımdır, hay-küylə, qara-qışqırıqla yox. Baş verənlərin demokratiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Alya Yaqublu, həmçinin, bildirdi ki, qurultay nümayəndələrinin seçilməsi prosesində də ciddi xətalar olub: “Təsəvvür edin ki, Arif Hacılının 5 illik başqanlığı dönəmində formalaşdırılmayan rayon təşkilatlarının qurulmasına qərar verilib. Qurultaya bir aydan da az bir müddət qalmış təşkilat komitələri yaradılıb və partiyaya yeni qəbul olunan üzvlər nümayəndə kimi qurultaya göndərilib. Onlar Tofiq Yaqublunu və ya Arif Hacılını necə dərindən tanıya bilərdilər? Eləcə də partiyada demokratik şəkildə rəhbərliyi tənqid edən insanlara qarşı ən sərt formada hücumlar edilib. Bu yolda olan müsavatçılara hakimiyyətlə işbirliyində olan, hətta bəzilərinə separatçı damğası vurulub”.шаблоны для dle 11.2

Oxunub: 113






E-mail: cahan.info@mail.ru