Azərbaycanda da satılan çayın tərkibində zərərli maddə var imiş – Nazirlik məlumat yaydı

Azərbaycanda da satılan çayın tərkibində zərərli maddə var imiş
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi “hiyləli qidalar” adlı siyahı yayımlayıb.

Sağlamlığa zərərli qidaların yer aldığı siyahıda məşhur simaların da reklam etdiyi arıqlama çayı - “Teff çayları"nın da adı var.

Nazirliyin məlumatına görə, sözü gedən çayda “sibutramin” adlı maddə aşkarlanıb. Bu maddə ürək xəstəliklərinə və ruhi pozğunluqlara gətirib çıxarır.

Qeyd edək ki, adıçəkilən çay Azərbaycanda da satılır. Sosial şəbəkələrdə onun satışı ilə məşğul olan səhifələr və bu məhsulu reklam edən bloqerlər var.

шаблоны для dle 11.2

Oxunub: 132






E-mail: cahan.info@mail.ru