“Korrupsiya, mənimsəmə halları arta bilər” Sahibkarları sevindirən qərarın TƏHLÜKƏSİ

“Korrupsiya, mənimsəmə halları arta bilər” Sahibkarları sevindirən qərarın
Zəmanət mexanizminin tətbiqində risklərin tənzimlənməsi baxımından yeni yanaşma tətbiq edilib və mövcud mexanizm çərçivəsində sahibkarlıq kreditlərinin verilməsi zamanı təminatla (girov) bağlı tələblər aradan qaldırılıb. Artıq İpoteka və Kredit Zəmanət Fondunun kredit reytinqi modelinə əsasən aşağı risk kateqoriyasına aid edilmiş, lakin təminat səviyyəsi qənaətbəxş olmayan sahibkarlar üçün Fondun zəmanəti ilə təminatsız sahibkarlıq kreditlərindən istifadə imkanları yaradılıb

Bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı açıqlamasında bunu bir tərəfdən müsbət, digər tərəfdən təhlükəli addım kimi qiymətləndirib:

“Mənim bildiyim qədərilə sözü gedən fond prinsipcə sahibkarlara birbaşa kredit vermir. Mexanizm belədir ki, sahibkara lazım olan kredit üçün girovu kifayət etmədikdə həmin fond ona zamin durur. Əlbəttə, sahibkarlara girovsuz kredit vermək bir tərəfdən yaxşıdır, digər tərəfdən isə təhlükəlidir. Heç kimdən gizli deyil ki, dövlətin güzəştli vəsaitlərindən sui-istifadə ehtimalları çoxdur. Bu kreditlərin faiz dərəcəsi çox aşağı olduğu üçün məndə həmişə belə fikir formalaşıb ki, görəsən, onlar düzmü edirlər? Bu sui-istifadə, korrupsiya, mənimsəmə hallarının artmasına səbəb ola bilər”.

Ekspertin fikrincə, şəffaflığı təmin etmək üçün güzəştli kredit verilərkən bu barədə bütün məlumatlar internetə yerləşdirilməlidir:

“Tutalım ki, hər hansı fond öz yaxınına, və ya şirkətə rüşvət müqabilində verdi, kredit getdi, qayıtmadı. Burda itirən dövlət olacaq. Buna görə də dəfələrlə təklif etmişəm ki, dövlət hesabına güzəştli kredit verilirsə - ipoteka krediti və ya sahibkara verilməsindən asılı olmayaraq - təfərrüatlar həmin qurumun saytında açıqlanmalıdır. Yəni, biz bilməliyik ki, krediti kimlərə, nə üçün, neçə faizlə verirlər və s. Biz heç bilmirik bir adama neçə dəfə kredit verilib. Bəlkə 10-15 dəfə kredit verdilər. Buna görə də tam şəffaflıq olmalıdır, əks təqdirsə sui-istifadə halları artacaq. Əgər güzəştli kreditlərdən belə sui-istifadə ediləcəksə, verilməsinin tərəfdarı deyiləm”.шаблоны для dle 11.2

Oxunub: 137






E-mail: cahan.info@mail.ru