“Deyəsən, məni heç tanımamısınız?!” - Əməkdar artist BNA-nı yıxıb-sürüdü, cavab gəldi

“Deyəsən, məni heç tanımamısınız?!”
Əməkdar artist Aybəniz Haşımova Bakı Nəqliyyat Agentliyi (BNA) ilə bağlı tənqidi fikirlər səsləndirib

Ona qeyri-qanuni olaraq cərimə yazıldığını iddia edən xanım müğənni qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayevin onu aldadaraq bundan əvvəl yazdığı statusunu sildirdiyini qeyd edib:

“O gün BNA haqqında yazdığım statusun paylaşımından dərhal sonra hörmətli Mais bəy mənə telefon edərək şikayətimlə maraqlandı. Mais bəyin məsələ ilə bağlı maraqlanacağına güvənərək statusun altında yazılan rəylər Mais bəyi narahat etdiyinə görə yazmış olduğum statusu pozdum. Sırf sizi öncədən də sevimli İTV-nin keçmiş əməkdaşı olduğunuz üçün sizə xatir pozdum.

İndi mənə göndərirlər videonu və baxıb görürəm ki, İctimai TV-də (3D verilişi – Red.) deyirsiniz ki, Aybəniz xanım yazmış olduğu statusunu yanıldığından sonra pozub. “Bravo” marketin qarşısında yazılan qeyri-qanuni cərimədən söhbət gedirdi və siz də dediniz ki, araşdırıb məsələyə aydınlıq gətirəcəksiniz. Məsələ 20 manat edilən cərimə dərdi deyil. Əgər “Bravo” marketin və yaxud digər marketlərin qarşısında maşın saxlamağa qadağanız varsa, onda zəhmət olmasa, bunu insanlara bildirmək lazımdır. İnsanlar da bilsin ki, “Bravo” marketdən alış-veriş etmək üçün yalnız taksi xidmətindən istifadə etməlidir, öz şəxsi maşınından yox.

O ki qaldı nümunə olmağa, siz deyəsən, məni indiyədək heç tanımamısınız?! Ödəniş aparatı qoyulub “Favorit”, “Bravo” marketin qarşısında və daim ödənişi edib marketə daxil olur insanlar və evə çatmamış artıq BNA cəriməsi gəlir adamın telefonuna. Bunu necə başa düşək? O zaman əgər o yerlərdə qadağandırsa, maşın saxlamaq onda zəhmət olmasa, bununla bağlı bir işarə qoyulsun! İnsanlar da işini bilsin”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. O, bu məsələyə fikir bildirməyəcəyini və mövzunu uzatmaq istəmədiyini bildirdi.шаблоны для dle 11.2

Oxunub: 161






E-mail: cahan.info@mail.ru