Türkiyə ordusu Suriyanın şimalında hücuma keçib - Ərdoğan bu barədə rəsmi açıqlama verib

Türkiyə ordusu Suriyanın şimalında hücuma keçib
Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG və İŞİD qruplaşmalarına qarşı yeni transsərhəd əməliyyatlarına başlayıb

Bu barədə prezident Rəcəb Tayyib Ərdoğan özünün Tvitter hesabından elan edib. Hərbi əməliyyatların başlanmasından əvvəl Ərdoğan rusiyalı həmkarı Putinlə telefon danışığı aparıb.

Ərdoğan hərbi əməliyyatların “Barış Pınarı” kod adlı ilə keçirildiyini bildirir. “Ölkəmizə yönəlmiş terror təhdidini aradan qaldıracağıq. Yaradacağımız təhlükəsiz bölgə sayəsində suriyalı qaçqınların ölkələrinə dönmələrinə imkan yaranacaq, bütün bölgə xalqını terrorun cəngindən xilas edəcəyik”,-Ərdoğan bildirib.



Ərdoğanın hərbi əməliyyatların başlanmasını elan etməsindən az sonra Türkiyə aviasiyası Suriyanın şimalındakı Resulayn bölgəsində YPG mövqelərinə zərbələr endirib. Hərbi əməliyyatların başlanmasından əvvəl Türkiyə xüsusi təyinatlılarının vurulcaq hədəflərin koordinatlarını təsbit etmək üçün Suriyaya keçdiyi bildirilir.

Türkiyə Suriyanın şimalında yeni hərbi əməliyyatlara başlamaq planı haqda aylardır xəbərdarlıq edirdi. ABŞ bu hərbi əməliyyatlara qarşıdır və İŞİD-ə qarşı müttəfiqlik etdiyi kürdləri dəstəkləməyə çalışır, amma Türkiyənin müdaxiləsi ərəfəsində öz qüvvələrini Suriyanın şimalından çıxarıb.шаблоны для dle 11.2

Oxunub: 150






E-mail: cahan.info@mail.ru