İsa Qəmbər seçkiləri şübhə altına alır – Müsavatda debat

İsa Qəmbər seçkiləri şübhə altına alır
Müsavat Partiyasının başqanlığına namizədlər arasında bu gün keçirilən debatda namizədlər Yadigar Sadıqlı və Tofiq Yaqublu İsa Qəmbərin hazırkı başqan Arif Hacılıya dəstəkləməsinə münasibət bildirib

Yadigar Sadıqlı İsa Qəmbərin Arif Hacılıya dəstək verməsini başqan seçkilərini şübhə altına alması kimi qiymətləndirib.

“İsa Qəmbərin Arif Hacılını dəstəkləməsi böyük amildir. İsa bəy bunu etməklə seçkiləri şübhə altına alır. Əgər dəyişiklik baş verməzsə, partiyanı yaxşı heç nə gözləmir”,- deyə Yadigar Sadıqlı bildirib.

Tofiq Yaqublu isə İsa Qəmbərin Arif Hacılını dəstəklənməsində qəbahətli heç nə olmadığını deyib:

“Ancaq İsa Qəmbərin Arif Hacılıya dəstək verəcəyi ilə bağlı yazısında qeyri-səmimi olduğu məqamlar da vardı. İsa Qəmbər hiss etdi ki, vəziyyət arzulanan kimi olmaya bilər, ona görə bu dəstək verdi. Arif Hacılıya səs verməsi, onu seçməsi İsa Qəmbərin hüququdur. Əksinə, bu mənə daha da güc verdi".

Arif Hacılıya gəlincə, hazırki başqan İsa Qəmbərin onun haqqında yazdıqlarını çox yüksək qiymətləndirib:

“Hesab edirəm ki, İsa Qəmbərin bu addımı tarixi hadisədir. Tək mən yox, rəqiblərim də bu seçkilərin nəticələrinin necə olacağını bilirlər”.шаблоны для dle 11.2

Oxunub: 108






E-mail: cahan.info@mail.ru