Siqaret 3 dəfə bahalaşacaq?

Siqaret 3 dəfə bahalaşacaq?
Türkiyədə tütün məmulatlarının vergiyə cəlb olunma miqdarı 3 dəfəyədək artırılacaq. Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının millət vəkilləri ilə keçirdiyi görüşdə aidiyyatı orqanlara təlimat verib. Prezident ölkədə tütün məmulatlarından istifadənin vergi artımlarına baxmayaraq sürətlə artdığını bildirərək “Lazımdırsa, vergiləri 3 dəfə artırın”, - deyib

Bəs Azərbaycanda da oxşar addım atıla bilərmi?

Məsələ ilə bağlı fikirlərini bildirən iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda belə bir addımın qaçaqmalçılığın artması ilə nəticələnə biləcəyini deyib:

“Əslində Türkiyədə onsuz da tütün məmulatları çox baha idi. Dünyanın əksər ölkələrində belə iqtisadi yollarla tütün məmulatları ilə mübarizə, siqaretin tərgidilməsinə təşviq kimi addımlar atılır. Avropanın bir çox ölkələrində də tütün əleyhinə belə addımlar atılıb. Türkiyədə qiymətin kəskin bahalaşması orda qaçaqmalçılıqla nəticələnir. Bilirsiniz ki, ən çox ticarət dövriyyəsi olan ölkə Gürcüstandır. Əgər Türkiyə prezidentinin bu təklifi keçərli olsa, onda Gürcüstanda tütün məmulatlarının qiyməti Türkiyəyə nisbətən 4 dəfə ucuz olacaq. İndi təsəvvür edin ki, bu gerçəkləşsə, Gürcüstandan Türkiyəyə qaçaqmalçılıqla tütün keçirtmək istəyənlərin sayı artacaq. İraqda da vəziyyət eynidir, orda da qiymətlər çox ucuzdur. Eyni hal Azərbaycan üçün də keçərlidir. Ona görə bu qərar büdcəni artırmaqdansa, əks effekt verə bilər”.

Ekspert tütünlə mübarizənin daha effektli üsullarının olduğunu qeyd edib:

“Tütünlə mübarizə mütləqdir, tütünün sağlamlığa ziyanı hamıya bəllidir. Tütünlə ciddi mübarizə aparılmalıdır, amma təkcə iqtisadi yollarla deyil. Kifayət qədər sosial lahiyələr həyata keçirilməlidir. Sosial çarxlar çəkilməlidir ki, Türkiyədə bu çox yayılıb. Müxtəlif təşviq siyasətləri həyata keçirilməli, idman növləri təbliğ olunmalıdır. Azərbaycanda mübarizə belə kompleks şəkildə həyata keçirilə bilər. Bizdə sosial təbliğat azdır. Cəmiyyətdə nüfuzu olan şəxslərin bununla bağlı çıxışları vacibdir”.шаблоны для dle 11.2

Oxunub: 131






E-mail: cahan.info@mail.ru