Prezidentin Ceyhun Cəfərovu Kürdəmirdə başçı saxlamasının sirri...

Prezidentin Ceyhun Cəfərovu Kürdəmirdə başçı saxlamasının sirri...
Prezidentin rayonlara icra başçısı təyin edərkən ilk tələbi onların xalqla işləməsidir. Yerli idarəetmədə edilən dəyişikliklər, aparılan islahatlar, regionlardan şikayətlərin azalması da məhz dövlət başçısının yeni idarəçilik modelinin nəticələridir

Ölkə başçısı əhalinin narazılıq etdiyi, hər gün mətbuat səhifələrində şəkli çıxan, barəsində ittihamlar səslənən icra başçıları ilə yolları ayırmağa davam etməkdədir.

Onların hamısı İH sistemindən təmizlənəcəklər və xalqa açıq, camaatdan qaçmayan məmurlar regionlarda dövlət başçısını təmsil edəcəklər.

Bu işin öhdəsindən gəlməyən, qarşıya qoyulan hədəfləri yerinə yetirməyən icra başçıları isə vəzifələri ilə vidalaşacaqlar.

Bu xüsusda bəzi icra başçıları etimadı doğrultmaqdadırlar. Elə ona görə prezident onlara inanır, onlarla işləməyə davam edir, yerlərinə yenisini təyin etmir.

Cahan.info-nun araşdırma mərkəzinin yaydığı məlumata görə, onlardan biri Kürdəmirin icra başçısı Ceyhun Cəfərovdur. Artıq 5 ildir Kürdəmirə rəhbərlik edən C.Cəfərov əhalinin rəğbətini qazanmaqdadır.

İcra başçısı prezidentin tapşırıqlarından irəli gələrək, rayonun inkişafı, abadlıq-quruculuğu istiqamətində proqramlar layihələr həyata keçirir.

Hələ Tərtər rayonunda işləyərkən cənab Cəfərov bir sıra uğurlara imza atmış, rayonu abadlaşdırmış və bir xeyli işlər görmüşdü.

Cənab Prezident İlham Əliyev də bütün bunları nəzərə alaraq onu Kürdəmirə icra başçısı təyin etmiş və böyük etimad göstərmişdi.

Hazırda Ceyhun Cəfərovun gərgin əməyi və zəhməti sayəsində Kürdəmir sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur.

Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı cənab Ceyhun Cəfərovun bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Kürdəmirin əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır.

Kürdəmirdə sahibkarlığa, fermerlərə böyük dəstək var, əlverişli şərait yaradılıb. C.Cəfərov vətəndaşlarla qəbullar keçirir, şikayətlərini dinləyir.

Elə sentyabrın 27-də Ceyhun Cəfərovun Ərəbxana kəndində səyyar qəbul-görüşü keçirilib. Mollakənd kənd inzibati ərazi dairəsinə daxil olan Mollakənd, Türkədi, Çərtəyəz və Ərəbxana kənd sakinləri ilə keçirilən qəbulda Prezidenti Administrasiyasının məsul işçisi Qalib Əsgərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri də iştirak ediblər.

Bundan başqa, sahibkarlara göstərilən dövlət dəstəyi, prezident İlham Əliyevin diqqət və qayğısı fermerləri əkin sahələrini ildən-ilə artırmağa ruhlandırır.

“Məhsul istehsalı artdıqca ailəmizin də gəliri çoxalır. Təkcə ötən il dövlətdən 2850 manat subsidiya almışıq.

Satdığımız məhsula görə 18525 manat gəlir əldə etmişik. Bu il qazancımız yəqin ki, azı iki dəfə çox olacaq”, - deyə ailə-fermer təsərrüfatının sahibi Elxan Rəhimov bildirib.

Ümumiyyətlə, Kürdəmir rayonunda aqrar sektorun ənənəvi sahələrindən olan pambıqçılıqda daha yüksək nəticələr qazanılması üçün görülən işlər həm də əhalinin məşğulluğunun artmasına, sakinlərin maddi rifahının yüksəlməsinə imkan verir.

Bu gün bölgədə təkcə pambıqçılıqda 3000 nəfərədək sakin çalışır, bu sahədə 80 ailə fermer təsərrüfatı fəaliyyət göstərir.

Kürdəmir şəhərinin küçə və məhəllədaxili yollarına asfalt örtüyü vurulur. Cari ildə Kürdəmir şəhərinin Aran qəsəbəsi ərazində 5 ədəd çoxmənzilli içtimai yaşayış binasının qarşısı və ara yolları asfaltlanaraq abadlaşdırılıb.

Bundan əlavə şəhərin 5 küçəsinə asfalt örtüyü vurulub. İndiyədək şəhərin küçələrinə 13 min kv metrdən çox asfalt örtüyü döşənmiş, abadlıq işləri aparılmışdır. Cari il də şəhərin 11 küçəsində 18 min kv.metrdən çox asfalt örtüyü vurulması nəzərdə tutulub.

İlin sonuna qədər şəhərin daha 3 küçəsinə asfalt örtüyünün vurulması planlaşdırılıb. 2019-cu ilin yanvar-iyun aylarında uzunluğu 37,2 km olan yerli əhəmiyyətli Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunda 27784 m3 torpaq işləri görülmüş, sahəyə karxana və optimal qum çınqıl materialı tökülərək avtoqreyderlə hamarlanmış və ağır katokla kipləşdirilib.

Yolda 105600 m2 sahədə asfalt-beton işləri görülmüş, hazırda işlər davam etdirilir Uzunluğu 14,5 km olan yerli əhəmiyyətli Şilyan-Qarasu avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yol-tikinti işləri başa çatdırılmış, 1-ci və 2-ci qat asfalt örtüyü vurulmuş, hazırda yol çiyinlərinin bərkidilməsi və yol nişanlarının qoyulması işlərinə başlanılıb.

3,75 km Yenikənd-Dəyirmanlı avtomobil yolunda yenidənqurma işləri aparılmış, 1-ci qat 3,75 km məsafədə asfalt örtüyü vurulub. Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olub.шаблоны для dle 11.2

Oxunub: 1 913






E-mail: cahan.info@mail.ru