Prezidentin cəbhə bölgəsi təyinatı: Tərtərin başçısı necə işləyir?

Tərtərin başçısı necə işləyir?
Prezident İlham Əliyevin yerlərdə apardığı kadr islahatları müsbət nəticələr verməkdədir. Son illərdə bölgələrə təyin olunan yeni məmurlar özlərini yaxşı tərəfdən göstərməkdədirlər

Cahan.info-nun araşdırmalarına görə, onlardan biri də Tərtərin icra başçısı Müstəqim Məmmədovdur. M.Məmmədov rayonun idarə olunmasında, sakinlərlə münasibətlərində elə bir sistem qurub ki, hamı ondan razılıq edir.

Mətbuata kiçik ekskursiya da kifayət edir ki, Tərtərin icra başçısından şikayətlərin nadir hallarda olduğunu görəsən.

Çünki M.Məmmədovun qapısı hər bir tərtərlinin üzünə açıqdır, istənilən sakin onunla görüşə, dərdini söyləyə, yolda yaxınlaşa, problemini çatdıra bilər.

Eyni zamanda onun idarəetmə strategiyası komandasının da işində özünü göstərir. Tərtər RİH-nin müavinləri, əməkdaşları tərəfindən vətəndaşların incidilməsi, süründürülməsi, sıxma-boğmaya salınması hallarına rast gəlməzsiniz.

İcra başçısı və RİH nümayəndələri hər həftə görüşlərdə, səyyar qəbullarda olurlar, kəndlərə gedirlər, camaatın problemlərini dinləyirlər.

Elə prezidentin görmək istədiyi də bu idi ki, yerlərdə məsələlər həll olunsun, təyin etdiyi kadrlar xalqa xidmət göstərin, dövlət rəhbərinə məcbur qalıb müraciət ünvanlamasınlar.

Bu mənada M.Məmmədov Tərtərdə nümunəvi işi ilə seçilən məmurlardan biridir. Elə sonuncu görüş oktyabrın 4-də Hüsənli kəndində olub.

İcra başçısı Müstəqim Məmmədov kəndarası yolun asfaltlanması münasibəti ilə sakinləri təbrik edib.

Kənd ağsaqqalı Məhəmməd Məmmədov görülən işlərə görə, respublika prezidentinə sakinlər adından öz minnətdarlığını bildirib.

Təmas xəttində yaşayan kənd sakinlərinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, kənd yolu asfaltlanıb, gecə işıqlandırılması quraşdırılıb, fasiləsiz işıq, qazla təmin olunuruq.

Bütün bunlara görə möhtərəm prezidentimiz İlham Əliyevə minnətdarıq. Ötən ayın sonunda isə Tərtərin başçısı Müstəqim Məmmədov məhsul yığımı ilə bağlı yerlərdə pambıqçılarla görüşmüşdü.

2019-cu ilin altı ayında Tərtər rayonunda ümumi məhsul buraxılışının həcmi 90,8 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çoxdur.

Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 11 milyon 878,4 min manat təşkil edib ki, onun da 11 milyon 177,4 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib.

Hesabat dövründə 1 milyon 770 min min manat dəyərində əsas fondlar istifadəyə verilib. 483-ü daimi olmaqla 951 yeni iş yeri açılıb.

Tərtər şəhərinin Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə, Vəzir Orucov, Qaçay Mehdiyev və Teymur Rəhimov küçələrində 2,4 kilometr uzubluğunda asfalt-beton örtük salınıb, Tərtər-Hindarx avtomobil yolunun Tərtər rayonunun ərazisindən keçən hissəsi (19 kilometr), uzunluğu 9 kilometr olan Sarov-Borsunlu kəndlərarası avtomobil yolu və uzunluğu 5 kilometr olan Hacıqərvənd kəndarası avtomobil yolu əsaslı təmir olunub. "Azərxalça”nın Tərtər filialının tikintisi başa çatdırılıb.

Ekoloji tarazlığın qorunması məqsədilə yol kənarlarında, yaşayış məntəqələrində və meşə zolaqlarında 20 mindən çox müxtəlif növ ağac, 3 min gül kolu və 700 min ədəd həmişəyaşıl kollar əkilib.

Hazırda Tərtər şəhərində rayon İcra Hakimiyyətinin inzibati binasının, Olimpiya İdman Kompleksinin, bayraq muzeyinin tikintisi, Vəzir Orucov küçəsində abadlıq işləri davam etdirilir.

Kovdadıq kəndində 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta məktəblər üçün modul tipli binaların tikintisi yekunlaşır. Bəyimsarov, Hüsənli kənd və 1 nömrəli şəhər tam orta məktəblərində cari təmir işləri aparılır.шаблоны для dle 11.2

Oxunub: 1 361






E-mail: cahan.info@mail.ru