İCRA BAŞÇISINDAN ÖZÜ İLƏ BAĞLI SƏRƏNCAM: restoranı üçün 5.5 hektar ərazi ayırıb - SƏNƏD + FOTO

İCRA BAŞÇISINDAN ÖZÜ İLƏ BAĞLI SƏRƏNCAM: restoranı üçün 5.5 hektar ərazi ayırıb
Zaqatalanın icra başçısı qonşu rayonda, daha doğrusu, doğulduğu və bundan əvvəl icra başçısı olduğu rayonda böyük ərazidə istirahət mərkəzi tikdirib, bizneslə məşğul olur.

Cahan.info xəbər verir ki, icra başçılarının qanunla biznes fəaliyyəti ilə məşğul olması qadağan edilsə də, görünür, bu qanun Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə üçün keçərli deyil.

Belə ki, icra başçısının faktiki və rəsmi bizneslə məşğul olmasını təsdiqləyən sənəddən (aşağıda həmin sənədin surəti verilib) aydın olur ki, 10 ildən bəridir Zaqatalanın icra başçısı olan Mübariz Əhmədzadə Qax rayonunun Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan "Residence" ailəvi istirahət mərkəzinin sahibidir.

Çox maraqlıdır ki, qiyməti milyonlarla ölçülən bu obyektin tikintisi ilə bağlı sərəncamı da M.Əhmədzadə Qaxın icra başçısı olarkən verib, özü də öz adına. Hər halda bu açıq qanun pozuntusu olmaqla yanaşı, həm də aşikarənə formada səlahiyyət həddini aşmaqdır.

Qeyd edək ki, o, 27 dekabr 2007-ci ildən 1 sentyabr 2009-cu ilədək Qaxın icra başçısı olub.

1 sentaybr 2009-cu ildən bu günədək isə Zaqatalaya rəhbərik edir.

M.Əhmədzadə, həm də "Meliorasiya və Su Təsərrüfatı" ASC-inin rəhbəri Əhməd Əhmədzadənin qardaşıdır...

Məsələ ilə bağlı icra başçısının mövqeyini də dinləməyə hazırıq.

(Mia.az)

шаблоны для dle 11.2

Oxunub: 316






E-mail: cahan.info@mail.ru