Novruz Məmmədov onların maaşlarını qaldırdı – Qərar

Novruz Məmmədov onların maaşlarını qaldırdı
Baş nazir Novruz Məmmədov “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli qərarına dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, dəyişiklik “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Prezidentinin 2019-cu il 18 iyun tarixli sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə olunub.

“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 2-ci hissəsi aşağıdakı redaksiyada verilib:

- Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Ali kateqoriya dövlət orqanlarında – 310 manat

1-ci kateqoriya dövlət orqanlarında - 295 manat

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında - 280 manat

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında – 260 manat

Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.шаблоны для dle 11.2

Oxunub: 274






E-mail: cahan.info@mail.ru