“Bu dünya güclərinin Azərbaycana verdiyi önəmdən irəli gəlir” - Azərbaycanlı politoloq

“Bu dünya güclərinin Azərbaycana verdiyi önəmdən irəli gəlir”
“ NATO və Rusiya generallarının davamlı olaraq ölkəmizdə görüşlər keçirməsini Bakının dünyanın yumşaq güc və bariş mərkəzi kimi qəbul etməsinin təzahürü kimi dəyələndirmək lazımdır. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, Bakı baş verən proseslərin coğrafiyasına yaxın şəhərdir”.

Cahan.info xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, NATO, ABŞ və Rusiya generalları arasında görüşün Bakıda keçirilməsi artıq ənənə halını alıb və bu dördüncü və ya beşinci görüşdür.

“Sonuncu görüşün bundan öncəki görüşlərdən fərqi “Böyük iyirmilər”-in (G-20) Yaponiyada keçirilən zirvə toplantısından sonraya təsadüf etməsidir. Bu görüşü Qara Dəniz, Yaxın Şərq, Suriya və İran akvatoriysında baş verən proseslərin dinc yolla həllinin təmin edilməsi istiqamətində keçirilən görüş kimi dəyərləndirirərəm. Ümid edirəm ki, İran-ABŞ arasındakı münasibətlər də səngiyəcək və proseslər nromal məcraya qədəm qoyaraq, danışıqlar yolu ilə həllini tapacaq”,- politoloq bildirib.

M.Əhmədoğlunun fikrincə, görüşün Bakıda keçirilməsinin digər mühüm əhəmiyyətlərindən biri də Azərbaycanın dolayısı ilə dünyada sülhün, təhlükəsizliyin təmin olunmasına töhfə verməsidir.

O eyni zamanda görüşün Bakıda keçirilməsini təsadüfi hesab etmir:

“Bu dünya güclərinin Azərbaycana verdiyi önəmdən irəli gəlir”.шаблоны для dle 11.2

Oxunub: 122






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23