Bakıda DƏHŞƏTLİ HADİSƏ: yüksək rütbəli məmurun oğlu özünü 5-ci mərtəbədən atdı

 yüksək rütbəli məmurun oğlu özünü 5-ci mərtəbədən atdı
Bakıda yüksək rütbəli məmurun oğlu intihar edib.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş verib.

Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ağayev Orxan Əliaslan oğlu bu gün özünü yaşadığı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsindən atıb. O.Ağayev hadisə yerində dünyasını dəyişib.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

İntihar edən O.Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin oğludur.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb.шаблоны для dle 11.2

Oxunub: 147






E-mail: cahan.info@mail.ru