Gəncədə yaşayış binası yandı, 7 nəfər təxliyə edildi

Gəncədə yaşayış binası yandı, 7 nəfər təxliyə edildi
Gəncədə yaşayış binası yanıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1500 kv.m olan dam örtüyünün yanar konstruksiyaları 250 kv.m sahədə yanıb.

Yanğın zamanı 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.шаблоны для dle 11.2

Oxunub: 193






E-mail: cahan.info@mail.ru