Alimlərdən AAK-ın sədr əvəzinə şok ittihamlar - Müraciət + Detallar

Alimlərdən AAK-ın sədr əvəzinə şok ittihamlar
AAK-ın sədr əvəzi Famil Mustafayevin müdafiəsinə qalxmış Cümşüd Nuriyevə bir qrup alim cavab verib.

Cahan.info Moderator.az-a istinadla həmin müraciəti təqdim edir:

"Əvvəla, Sizin sayta minnətdarıq ki, bizim məlum müraciətimizdın sonra AAK-ın təcili olaraq Kollegiyası keçirilmişdir və əksəriyyət şikayətçilərin dosent elmi adına baxılaraq, müsbət qərar verilmişdir. Sizə çox sağ olun deyirik!!!

İndi isə məqsədimiz Sizin saytınızda 13.06.2019- cu il tarixdə getmiş, respublikamızda tanınmış şəxslərdən biri olan hörmətli Cümşüd Nuriyevin bizlərə cavab məqaləsinə də, hüququmuzdan istifadə edərək, cavab vermək istəyirik. İnanırıq ki, bu yazını da olduğu kimi dərc edəcəksiniz.

"Hörmətli Cümşüd müəllim,

Biz alimlər Sizin ictimai-siyasi fəaliyyətini də izləyirik və obyektivlik naminə, əksəriyyət müsahibələrinizə müsbət yanaşırıq. Xüsusilə də, dövlətimizin təhlükəsizliyinin təmin olunmasında verdiyiniz təklifləri alqışlayırıq. Ancaq Sizin Moderator.az saytına ünvanlıdığınız müraciəti cavabsız qoya bilmirik. Biz Sizə hüquqi müstəvidə, faktlarla cavab verəcəyik. Axı, dövlətimiz də hüquqi dövlətdir.

Birincisi, bizdə təsərrüat yaranır ki, ya bu verdiyiniz məqalə Famil Mustafayevin mirzələri tərəfindən hazırlanmışdır, ya da Siz AAK-ın Əsasnaməsini diqqədlə oxumamısınız. Elm adamı olduğunuz üçün, ikinci versiyaya inanmağımız gəlmir. Səbəbini də izah edirik.

Hörmətli, Cümşüd müəllim, Əsasnamənin Elmi dərəcələrin və elmi adların verilməsi haqqında qaydalarında, birmənalı olaraq tələblərdən biri və başlıcası kimi göstərilir ki, kafedra üzrə professor elmi adı almaq üçün doktorluq dissertasiyasının təsdiqindən sonra 4 il keçməsi MÜTLƏQDİR!!! Famil Mustafayevə isə professor elmi adı heç 3 il keçmədən verilmişdir(??!!)

Siz niyə Əsasnamənin bu tələbinin pozulmasına biganə yanaşırsınız?!

"Dosent olduqdan 5 il sonra professor olmuşdur” cümləniz isə diletantlara hesablanmışdır, Dissertasiya və ekspert şuralarında fəaliyyət göstərən alimlərimiz isə gözəl başa düşürlər ki, Famil Mustafayevə professor elmi adının verilməsində Əsasnamənin ən başlıca tələblərindən biri pozulmuşdur.

Biz, ya da elmi rəhbərlərimiz həm də müxtəlif vaxtlarda Dissertasiya şuralarının və AAK-ın müxtəlif ekspert şuralarının fəaliyyətində iştirak etmişik. Və Sizə Famil Mustafayevin professor elmi adı alınmasında yol verilən hüquqi pozuntuları sadalamaq istəyirik:

1. Famil Mustafayevə professor elmi adı verilməsi üçün vəsatət qaldıran Universitet qanun pozuntusuna yol vermişdir.

2. Famil Mustafayevin sənədlərinə müsbət rəy yazan ekspert və onu Ekspert şurasında müzakirə edərək, müsbət qərar verən ekspert şurasının sədri və üzvləri Əsasnamənin tələblərini pozmuşlar. Çox maraqlıdır ki, həmin dövrdə Ekspert şurasının sədri şəxsən Famil Mustafayev özü olmuşdur. Bu fakta heç söz tapmaq olmur!!!

3. Sənədlərə müsbət qiymət verən AAK-ın müvafiq şöbəsinin rəhbərliyi Əsasnaməni pozmuşlar.

4. Rəyasət heyəti professor elmi adı verilməsi barədə müsbət qərar verməklə, Əsasnaməni kobud şəkildə pozmuşdur.

Bəli, ola bilər ki, Famil müəllim bir alim kimi professor elmi adına layidir, ancaq niyə qanunun şərtləri pozulsun? Axı yüzlərlə alimlərimiz bu elmi ada layiq olsa da 4 il gözləməli olurlar. Əgər onlar da Famil Mustafayev kimi, 1il 6 ay qabaq alsaydılar, əmək haqlarında ciddi irəliləyiş olardı.

Hesablasaq görərik ki, həmin müddətdən Famil müəllim kimi qabaq professor elmi adı alsaydı, həmin alimlərimizin hərəsi 3000 manat irəli olardılar. Axı, niyə belə göz yumulması həmin elm adamlarına tətbiq olunmur və hətta 4 il tamam olmağa 5 gün qalanda da sənədlərə mənfi arayış verilir, heç ali məktəbləırin Elmi şuralarında bu məsələyə baxılmır, belə hallarda.

Demək, hörmətli Cümşüd müəllim, əgər qanun dilində danışırıqsa, Famil Mustafayev qeyri-qanunu olaraq, 1 il 6 ay vaxtından qabaq professor elmi adı almaqla, dövlətimizin büdcəsinə də az ziyan dəyməmişdir. Və həm də Famil Mustafayev Ekspert şurasının sədri kimi, həmin qanun pozuntularının iştirakçısı olmuşdur.

Qeyri-qanuni professor elmi adından alınan əmək haqqını o qədər problemli olan ünvanlara verə bilərdkmi?!

Sonra, yazırsınız ki, Famil Mustafayev Ensiklopediya Mərkəzində 11 il direktor müavini işləmişdir. Sual olunur, hansı sahə üzrə? Biz deyirik, TƏSƏRRÜFAT işləri üzrə!! Xalq arasında bu vəzifəni daşıyana, "zavxoz” deyilir.

Axı, Famil Mustafayevin vikipediyada əmək fəaliyyətinə baxdıqda, açıq-aydın məlum olur ki, bu insan elm adamı deyildir!! Bizim fikrimizcə, əgər Siz onu yaxşı insan (!) deyirsinizsə, onun yeri ən yaxşı halda İqtisadiyyat Nazirliyinin və ya Əmlak Komitəsinin strukturlarının birində rəhbər vəzifələrdə işləməlidir.

Hamıya məlumdur ki, cənab Prezidentimiz bu günlərdə AAK-ın Əsasnaməsində dəyişiliklər etməklə fərman imzaladı. Həmin fərmanda Ali Attestasiya Komissiyasının sələhiyyətləri artırıldı və hətta, AMEA-nın müvafiq institutlarının akreditasiyası səlahiyyətləri verildi.

Hörmətli Cümşüd müəllim, sual olunur- Professor elmi adı qeyri –qanunu olan bir şəxs AKADEMİKlər rəhbərlik edən institutları akreditasiya etməyə mənəvi hüququ varmı? Üstəgəl, elmi fəaliyyəti demək olar ki, heç olmayan bir rəhbər.

Siz də maraqlansanız görərsiniz ki, Famil Mustafayev nüfuzlu beynəlxalq elmi konfranslarda iştirak etməyib və bir məqalə də dərc etdirməyib. Buna necə baxrsınız, Cümşüd müəllim??

Əgər inadkarlıq edib, Siz və ya Familsevərlər bizim dediklərimiz ilə razılaşmayacaqsınızsa, biz artıq mətbuat konfransı keçirmək fikrindəyik. Ölkə Prezidentinə və ölkə ictimaiyyətinə bu faktları açıqlayacağıq ki, qiymət versinlər. Bəlkə biz səhv edirik? Qoy bizi ittiham etsinlər.

Yazıda bir cümlə bizi əmin edir ki, Sizin məlum yazı, Famil Mustafayevin mirzələri tərəfindən yazılmışdır. O nədir?

Cümşüd müəllim, Sizin özünüzün baza təhsiliniuz Geoloji-coğrafiya ola-ola, kənd təsərrüfatı elmləri namizədi və siyası elmlər doktoru dərəcələrinə layiq görülmüsünüz. Və Sizin bu elmi adları almağınıza heç bir iradımız, şübhəmiz yoxdur. Hüquq təhsilinizisə, yumşaq desək heç də ictimaiyyətdə birmənalı qarşılanmayan və ölkə Prezidenti tərəfindən bağlanmasına qərar verilmiş Təfəkkür Universitetini qurtarmısınız!! Özü də hansı yaşınızda və hansı vəzifənin sahibi olduqda? Üstəgəl, Sizin 2 övladınız da alim olmuşlar. Biz heç buna da mənfi yanaşmırıq və inanırıq ki, Sizin kimi vətənpərvər insanın, ictimai-siyasi xadimin övladı yüksək bilik səviyyəsinə malikdirlər.

Sual olunur ki, Sizin övladınız müdafiə edə bilər, başqa vəzifəli şəxslərin övladları alim ola bilməz? Axı onlar da yəqin ki, Sizin övladlarınız kimi, çox bacarıqlı və qabiliyyətli ola bilərlər!!!

Növbəti məqam odur ki, yazıda göstərilir ki, AAK diplom alveri ilə məşğul olmuşdur(???).

Sual olunur, əgər belə hallar olubsa hüquq –mühafizə oraqnlarına müraciət etmisinizmi? Əgər yox, bəs NİYƏ? Siz ki, dövlətçiliyimizi müdafiə etməkdə və cənab Prezidentimizdə köməklik göstərməkdə fəal insanlardan birisiniz. Elmlər doktorusunuz. Ziyalısınız.

Siz bilirsinizmi ki, Famil Mustafayev son 7 ildə AAK-ın ən nüfuzlu ekspert şuralarından biri olan, iqtisadiyyat ekspert şurasının sədri olmuşdur?! Və Sizə xatırlatmaq istəyirik ki, AAK-ın bütün qərarlarında Ekspert şuralarının qərarları başlıca rol oynayır və hətta, biz deyərdik ki, həlledici rol. Hətta, Rəyasət heyətinin iclaslarında, elmlər doktoru və professor sənədlərini Ekspert şurasının Sədri məruzə edir!!

Deməli, əgər Sizə inansaq, biz istərdik ki, inanaq, AAK-da diplom alveri olubsa, Famil Mustafayev bu alverin başlıca iştirakçısı olmuşdur. Siz bir hüquqşünas kmi bilirsiniz ki, bu elementar, adi məntiqə söykənir!!

Əksinə, bizdə məlumatlar var ki, Famil Mustafayev AAK-ın sabiq şöbə müdiri professor Arif Ələkbərovla daimi əlbir olaraq bəzi neqativ hallara yol vermişdir. (bunu AAK-ın iqtisadiyyatdan espert şurasının üzvlər təsdiq edə bilərlər). Hətta, Vəli Hüseynovun sədr əvəzi dövründə isə onların bilavasitə rəhbərliyi və bir qrup üzdəniraq iqtisadçı–alimlərin iştirakı ilə AAK-ın fəaliyyətinə, yumşaq desək, kölgə salınmışdır və nüfuzuna ciddi zərbələr dəymişdir və bu da Vəli Hüseynovun sədr əvəzi vəzifəsindən kənarlaşdırılması ilə nəticələnmişdir. Buna nə ad vermək olar??? Qoy buna elm ictimaiyyəti qiymət versin.

Sonda. Hörmətli Cümşüd müəllim ! Əgər biz haqlı olmasaydıq, Famil Mustafayev, bizim müraciətdən dərhal sonra, təcili Kollegiya iclası keçirməzdi. Daha dəhşətlisi odur ki, Famil müəllim o qədər narahat olmuşdur ki, həmin günün iclasında (7 iyun 2019 –cu il tarix ) 90 (doxsan) nəfərə dosent elmi adı verilməsini təsdiqləmişdir.(?!) Müqayisə üçün, AAK-ın saytına baxsanız görərsiniz ki, AAK-ın əvvəlki tarixlərdəki Kollegiyalarında həmişə müvafiq olaraq 3,7, 12, 4, 8 , 13 ən yaxşı halda 26 iş təsdiq olunmuşdur. Bəs indi nə oldu?! Həm də bir maraqlı fakt deyək ki, həmin gün iclasın gündəliyində 167 işə baxılmışdır.

Hörmətli Cümşüd müəllim! Siz dövlətimizin çox məsul vəzifələrində çalışmısınız, millət vəkili olmusunuz. Sual olunur ki, əgər gündəlikdə olan hər bir işə 5-10 dəqiqə vaxt ayrılırsa, necə olur ki, hətta iclas saat 9-00 da başlanırsa və 18- 00 - da qurtarırsa, 167 işə necə baxılmışdır? Bunu 4-cü sinif şagirdi də hesablayar və AAK-ın hansı hala düşməsinə gülər!!! Deməli, burada da hörmətli Famil Mustafayev ciddi qanun pozuntularına yol vermişdir.

Hörmətli Cümşüd müəllim! Yuxarıda sadaladığımız faktları şəxsən özünüz də yoxlayın və xahiş edirik ki, özünüzə sual verin ki, Famil Mustafayev kimi şəxslər AAK kimi mötəbər quruma rəhbərlik etməyə layiqdirmi?

Professor elmi adı saxta olan və həmin saxtakarlıqda şəxsən Famil Mustafayev ekspert şurasınin sədri kimi vəzifə səlahətlərindən sui-istifadə edirsə, Siz, Cümşüd müəllim, zamin ola bilərsinizmi ki, Famil Mustafayev AAK rəhbəri olduqda belə hallara yol verməyəcək?! Biz yox deyirik. İnanırıq Siz də məsul vəzifələrdə fəaliyyət göstərmiş şəxs də yox deyərsiniz. Baxmayaraq ki, Famil Mustafayevə şəxsi simpatiyanız vardır.

Elm ictimaiyyəti artıq bu mövzunu çox aktiv müzakirə edir və hamı birmənalı olaraq, Famil Mustafayevin professor elmi adının alınmasında, Əsasnamənin tələbləri pozulduğundan, onun bu elmi addan mərhum olmasını gözləyir. Və həm də bu qanun pozuntularında Famil Mustafayev – ekspert şurasının sədri kimi iştirak etdiyi üçün, inzibati məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Biz, Sizin qərəzsiz olmağınıza inanmaq istərdik, ancaq xahiş edirik ki, obyektiv olasınız, çox hallarda olduğunuz kimi.

Diqqətinizə görə minnətdarıq”.

Moderator.azшаблоны для dle 11.2

Oxunub: 325






E-mail: cahan.info@mail.ru