Ceyhun Bayramov direktoru işdən azad etdi

Ceyhun Bayramov direktoru işdən azad etdi
Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən azad olunub.

Cahan.info "Yeni Sabah”a istinadla xəbər verir ki, məktəb direktorunun işdən azad olunmasına vəzifə funksiyalarını layiqincə yerinə yetirmədiyi səbəb olub.


Belə ki, direktor müavinləri qanunsuz olaraq işdən azad olunub, bununla bağlı məhkəmə çəkişmələrində müəllimlərin məcburi şəkildə iştirak etmələri təmin olunub.

Bununla yanaşı məktəbdən dəfələrlə şəhər hüquq mühafizə orqanlarına, o cümlədən şəhər təhsil şöbəsinə şikayətlər daxil olub.

Təhsil müəssisəsində qeyri-sağlam atmosferin aradan qaldırılması üçün məktəbin direktoru Ruhiyyə Tağıyeva Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən azad olunub.шаблоны для dle 11.2

Oxunub: 272






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23