""Qaloş piri"nin videosunu paylaşan şəxs dövlətə zərbə vurmaq istəyir" - Şeyxin deputat qardaşı

""Qaloş piri"nin videosunu paylaşan şəxs dövlətə zərbə vurmaq istəyir"
Milli Məclisin İctimai birliklər və Dini Qurumlar Komitəsinin üzvü, deputat, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunan Cavanşir Paşazadə Press.az-ın suallarını cavablandırıb.

-Cavanşir bəy Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər səs-küylü müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların nicat tapmaq üçün gəldiyi pirdə başına qaloş sürtdürməsidir. Sonradan deyilənlərə görə bu qaloş deyil, burada yaşayan Seyid Miribiş ağaya məxsus papaq imiş. Həm deputat həm də Milli Məclisin Dini Qurumlar Komitəsinin üzvü kimi bu cür hallara münasibətinizi bilmək istərdik?

-Cənab Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə olan müxtəlif dini icmanın nümayəndələri xoşbəxt və firəvan şəkildə yaşayır. Bilirsiniz ki, dövlət tərəfindən yeni məscidlər tikilir və təmir edilir. İnsanlarımız qorxmadan və rahat şəkildə ibadətlərini edirlər. Təəssüf ki, dövlətimiz tərəfindən yaradılan şəraitdən sui-istifadə hallardı da mövcuddur. Sosial şəbəkələrdə yayılan həmin videoyaya məndə baxmışam. Təbii ki, o görüntülərə münasibətim pisdir. Çünki bu xurafatçılığı təbliq edən hərəkətlərdir. Düşünürəm ki, o görüntülər Azərbaycanın bugünki inkişafına, İslam dininə yaraşmır. Ancaq bu cür hallar dünyanın hər yerində mövcuddur. Hesab edirəm ki, məqsədli şəkildə bu görüntülər sosial şəbəkələrdə paylaşılır. Görüntləri paylaşan şəxs dövlətimizə və din siyasətimizə zərbə vurmaq istəyir. Bəzi dinlərdə insanların inandığı və yerinə yetirdiyi ayinlər var. Məsələn büdpərəstlikdə qadınları lüt kişilərdən kömək istəyir, xristianlıqdan kənarda isə qadınlar soyunub soyuq sullara girib özlərinə xaç çəkir, kilsələrin yanında su çıxan kimi onu müqədəsləşdirib, anti-sanitar yerlərdə uşaqları çimizdirirlər. Əlbəttə bütün bunlar insanların beyninin və inancının məhsuludur. Niyə onlarıda çəkib sosial şəbəkələrdə paylaşıb,lağ obyektinə çevirmirlər? Əgər məqsədsizdirsə bunlar da çəkilib, paylaşılsın.

Təbii ki, xurafatçılıq dünyanın hər yerində olduğu kimi Azərbyacanda da müəyyən qədər var. Dini İşlər üzrə Dövlət Komitəsi bu cür hallarla mübarizə aparır. Fikir versəniz görərsiniz ki,qanunsuz şəkildə fəaliyyət göstərən ziyarətkahların bir çoxu bağlanılıb. Bununla yanaşı insanların inanıb ziyarət etdiyi yerlər və pirlər var. Pirlər insanların inanc yeridir və mütəmadı olaraq oranı ziyarət edirlər. Onları qınamaq düzgün deyil. Çünki onlar bara, gecə klublarına gedib, pis işlərlə məşğul olmurlar. Onlar Allaha yalvarıb, işlərinin düzəlməsi üçün kömək diləyirlər. Təbii ki, mən Goranboydan yayılan görüntüləri dəstəkləmirəm. Amma bütün ziyarətgahları da eyni səviyyədə tutmaq da düzgün deyil. Düşünürəm ki, o görüntülərin yayan qıraqdan bizə daş atmaq istəyənlərin əməlidir.

-Bilirsiniz ki, neçə aydır ki, ölkəmizdə beynəlxalq idman yarışları və tədbirlər keçirilir. Məhz buna görə də ölkəmizə dünyanın hər yerində nümayəndələr gəlir. Sizcə bu ərəfədə bu videonun yayılması ölkəmizə qarşı növbəti təxribatdırmı?

- Bilirsiniz ki, ölkəmizdə demokratiya yüksək səviyyədədir. Azərbaycanda mətbuat, söz azadlığı var. Xarici dövlətlərdə yaşayan insanlar da bizim mətbuatı və sosial şəbəkələrdə paylaşdıqlarımızı izləyir. Bizdə bu sahədə heç bir senzura yoxdur. Məhz buna görə də bəzən sui-istifadə halları ilə qarşılaşırıq. Təəssüf ki, bəzən əleyhimizə olan paylaşımları düşmənimiz Ermənistan görür və bizə qarşı istifadə edir. Azərbaycanın beynəlxalq idman yarışlarına və tədbirlərə ev sahibliyi etməsi bəzi qüvvəlləri qıcıqlandırır. Necə olur ki, ən böyük samitlər, tədbirlər Azərbaycanda keçiriləndə heç bir problem yaranmadı. Futbol yarışında yaranacaq? Açıq-aydın görünür ki, bu Azərbaycanın uğurlarını qəbul etməməkdən irəli gəlir. Azərbaycanda istər idman sahəsində istərsə də digər sahələrdə olan şərait heç bir ölkədə yoxdur. Düşünürəm ki, bizdən sonrakı nəsil cənab Prezidentimizin apardığı bu uğurlu siyasətin müsbət nəticəsini görəcək.

-Cənab Prezidentimiz və Azərbaycanın birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva daim xalqla, insanlarımızla bir yerdədir. Onları qonaq dəvət edən insanların evlərinə gedir, onlarla birgə yemək yeyir. Təbii ki, bu cür addımları demək olar ki, heç bir dövlət başçısı atmır.

-Cənab Prezidentimiz İlham Əliyev və Azərbaycanın birinci Vitse-Prezidenti daim xalqın yanında olub. Bilirsiniz ki, ulu öndərimiz Heydər Əliyev də bayram və istirahət günlərində nəvələri ilə birlikdə insanlarla görüşər, onlarla bir süfrə arxasında əyləşər, onların problemləri ilə maraqlanardı. Bu gün də cənab Prezidentimiz ulu öndərimizin siyasətini uğurla davam etdirir. Bilirsiniz ki, heç bir ölkədə dövlət başçısı xalqla bu qədər sıx münasibətdə deyil. Bütün açılışları şəxsən cənab Prezidentimiz və Azərbaycanın birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva edir, insanlar üçün yaradılan şəraitlə yaxından tanış olur. Bəzən də süfrə başında oturub insanlarımızın problemləri ilə maraqlanırlar. Cənab Prezidentimiz bilir ki, heç bir azərbaycanlı ona pislik etməz. Çünki Azərbaycan xalqı onu çox sevir, onun uğurlu siyasətini dəstəkləyərək ətrafında sıx birləşib. Xalqımız müstəqliyini qorumağa hər zaman hazırdır. Bilirsiniz ki, biz bu müstəqilliyimizi çox çətinliklə əldə etmişik. Müstəqilliyimizi bir daha əldən verən deyillik. Bəzi sapı özümüzdən olan baltalar yalanları ilə xalqımızı aldatmağa çalışır. Lakin bu gün insanlarımız onların məqsədini dərk edir. Bilirlər ki, onların danışdıqları yalanlar sadəcə yenidən hakimiyyətə gəlmək üçündür.

-Erməni politoloq Sergey Şakaryantsın Türkiyə və Azərbaycanın Naxçıvanda hərbi təlimlər keçirməsinə cavab olaraq Ermənistanın İranla birgə Naxçıvan sərhədində təlim keçirməsi təklifini irəli sürüb. İran bu təklifə necə cavab verəcək?

- Ermənistan özünə tərəfdaş qazanmaq və varlığını göstərmək üçün İrana bu cür təklif irəli sürüb. Düşünürəm ki, İran tərəfi bu təklifə rədd cavabı verəcək. Çünki İran uzun müddətdir ki, Azərbaycanla sıx dostluq münasibətindədir. Cənab Prezidentimiz bütün çıxışlarında İranla olan münasibətlərimizindən böyük hörmətlə danışır. Biz hər zaman İrana qonşu və dost dövlət kimi hörmətlə yanaşmışıq. Eləcə də İran tərəfi bizimlə dostluq münasibətində olduğunu daim hiss etdirib. Mən inanmıram ki, İran Ermənstanın bu təklifinə müsbət cavab verəcək. Hələ 20 il öncə ulu öndər Heydər Əliyev hakimiyyətdə olan zaman qərb ölkələrindən İranı təkləmək üçün bizə təkliflər edildi. Əlbəttə ki. Azərbaycan bu təkliflərin heç birində razılıq vermədi. İran üçün hər hansı bir təhlükənin yaranmasına Azərbaycan tərəfi heç bir şərait yaratmadı. İnanmıram ki, İran bütün bunları bilə-bilə Azərbaycana qarşı bu addımı ata. İran böyük, tarixi və güclü dövlətdir. Hakimiyətdə olan insanlar Ermənistanda olduğu kimi bir çanta ilə küçəyə düşüb Prezident olmayıb. İran müvəqqəti yaradılan, 5 günlük dövlət deyil. Ermənsitanı dövlət hesab etmirəm. Onlar sadəcə bizim tarixi torpaqlarımızdan özü üçün bir məmkləkət, sığınacaq düzəldib. Ermənilərin yürütdükləri siyasət dəfələrlə tənəzzülə uğrayıb. Məhz buna görə də düşünürəm ki, İran Ermənistanın bu təklifinə heç bir zaman müsbət cavab verməyəcək.

- Cavanşir bəy son zamanlar gənclərin küçədə öldürülməsi halları çoxalıb. Təəssüf ki, 12-13 yaşında yeniyetmə və gənc oğlanlarda həbsxana həyatına və pis vərdişlərə olan maraq xeyli artıb. Sizcə bu nədən qaynaqlanır? Ziyalı kimi gənclərimizə nələri məsləhət görürsünüz?

- Mən istərdim ki, orta məktəblərdə və ailədə uşaqlar özündən razı böyüdülməsin. Hər bir gəncin dəlisov bir dövrü var. Pis vərdişlərə daha çox işləməyən və heç bir məsuliyyəti olmayan gənclər meyil göstərir. Təəssüf ki, bəzi gənclərimizə işləmək deyil, şəhərin küçələrini boş-boş gəzmək daha çox sərf edir. Valideynlərə məsləhət görürəm ki, uşaqlarını zəhmətə öyrətsinlər. Mən gənc yaşlarımdan işləyirəm. Məhz zəhmətim sahəsində də bu nailiyyətləri əldə etmişəm. Təəssüf ki, bir çox valideynlərimiz uşaqlarına yoxun nə olduğunu öyrətmir. Valideynlər uşaqlarına bəzən yox deməyi bacarmalıdır. Övladlarına başa salmalıdırlar ki, istədikləri nəyisə əldə etmək üçün bir az zəhmət çəkməlidirlər. Heç bir öhtəliyi olmayan gənclər qorxuludur. Öhtəliyi olan insan düşünür ki, onu evdə həyat yoldaşı, valideynləri və övladı gözləyir. Ona bir şey olsa onlar ac qalacaq. Gənclər məsuliyyətin nə olduğunu dərk etməlidir. Məsuliyyətsiz insan heç bir cavdehliyi olmayan şəxslərdir. Şükürlər olsun ki, savadlı gənclərimiz çoxluq təşkil edir. Öz sahələrində peşəkarlaşan və dünya səviyyəsində tanınan bir çox gənclərimiz var. Düşünürəm ki, onlar öz yoldaşlarına dəstək olmalıdırlar. Təhsildən yayınan və pis yollara meyilli olan gəncləri düzgün istiqamətləndirmək üçün birliklər, dərnəklər yaradılmalıdır. Təbii ki, bu cür addımları məktəblər və universitetlər də atmalıdır. Oxumağa həvəsi olamayan oğlan və qızlarımıza sənət öyrədilməlidir. Çünki bəzən uşaqlarımız boşluqdan pis vərdişlərə meyil edir.

- Bu məsələdə televiziyaların üzərinə hansı məsuliyyət düşür?

- Təbii ki, bu məsələdə televiziyaların üzərinə çox məsuliyyət düşür. Düzdü bu gün gənclərin az hissəsi televiziyaya baxır. Onlar lazım olan məlumatları telefonları vasitəsi ilə əldə edirlər. Televiziyalarda mədəniyyətlə bağlı verlişlər demək olar ki, yoxdur. Səhər televizoru açırsan reklam və şou xarakterli verlişlər gedir. Başa düşürəm onların qazancı reklamlardan olur. Bu qazanc Milli Məclisin qəbul etdiyi qanun çərçivəsində olmalıdır. Qanunla saatda 5 dəqiqə reklam nəzərdə tutulduğu təqdirdə 15 dəqiqə reklam vermək düzgün deyil. Belə olan halda dövlət bu məsələyə qarışmalı, müvafiq tədbirlər görməlidir. Bəzi televiziyaların onlar üçün yaradılan şəraitdən sui-istifadə etməsi düzgün deyil. Səhər bütün televizyalarda sağlamlıq və şou verlişləri gedir. Gənclərimiz bu cür verlişlərdən nə tərbiyyə götürəcək. Elm və biliklə bağlı hər hansı verliş gedəndə məndə də maraq oyanır. Düşünürəm ki, bu cür verlişlər efirə getsə ən azı 10 faiz gəncdə maraq oyanacaq. Bilirsiniz ki, bu aralar ali məktəblərə qəbul imtahanları keçirilir. 5 savadlı müəllim verilişə çıxıb test cavablarını abituriyentlərə öyrədə bilməzmi? 1 saatda onları efirə çıxartsınlar. Unutmayaq ki, Azərbaycanın gələcəyi savadlı gənclərimizdən asılıdır! (demokrat.az)шаблоны для dle 11.2

Oxunub: 135






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23