Zakir Həsənov yeni təlim mərkəzinin açılışında

Zakir Həsənov yeni təlim mərkəzinin açılışında
Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti yeni inşa olunan təlim mərkəzinin açılışında iştirak edib.

Demokrat.Az xəbər verir ki, açılış mərasimində mərkəz haqqında Müdafiə nazirinə məruzə edilərək bildirilib ki, burada təlimlərə cəlb olunacaq şəxsi heyətin yerləşdirilməsi və fəaliyyəti üçün lazımi infrastruktur yaradılıb.

Qeyd olunub ki, real döyüş şəraitinə uyğun inşa edilən təlim mərkəzində atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlərin keçirilməsi, döyüş tapşırıqlarını tədris və praktiki məşq etdirilməsi nəzərdə tutulub.шаблоны для dle 11.2

Oxunub: 129






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23