Maktoiqtisadi göstəricilər alt-üst olacaq: 2019-da Bakı neftini nə gözləyir?

2019-da Bakı neftini nə gözləyir?
Neft qiymətinin ortalama hələ də 75 dollardan yuxarı olduğu ildə ölkə iqtisadiyyatı cəmi 1% artıbsa, büdcədə neft qiymətinin 60 dollardan hesablandığı 2019-cu ildə qara qızılın qiyməti ortalama 50 dollar olsa nə baş verəcək - bütün maktoiqtisadi göstəricilər alt-üst olacaq, ÜDM azı 2-3% azalacaq, manata basqılar ciddi artacaq...

Cahan.info-nun İqtisadiyyat Şöbəsi xəbər verir ki,
bu fikirləri iqtisadçı Natiq Cəfərli yazıb. İqtisadçı Vüqar Bayramov isə yazıb ki, neftin mövcud qiyməti hətta 2018-ci ilin büdcəsində nəzərdə tutulan qiymətdən də azdır.

Onun sözlərinə görə, doğrudur, bu il neftin orta qiyməti kifayət qədər yüksək olduğundan bazardakı son enişlər 2018-ci il büdcəsinin gəlirlərinə təsir etmir:

“Bununla belə, gələn il büdcə gəlirlərinin formalaşmasında neftin dünya bazar qiyməti həlledici olaraq qalacaq. FED 0.25 faizlik artım ilə bazarda şok yaratmamağa çalışsa da son qərar inkişaf etməkdə olan ölkələrin və eləcə də bizim valyuta bazarımız psixoloji təsir göstərməkdədir.

Avropa Birliyi büdcəsi ilə bağlı İtaliya ilə əldə edilən razılıq avroya müəyyən nəfəs versə də avrozonadakı nümayişlər köhnə qitənin vahid valyutasının möhkəmlənməsinə imkan vermir. Göründüyü kimi, qlobal bazarlar da ili qeyri-müəyyənliklər ilə başa vurmaqdadırlar.

Beynəlxalq maliyyə qurumları gələn il üçün qlobal iqtisadi artım faizini aşağı saldıqları üçün gələn il dünya əmtəə və valyuta bazarlarında qeyri-müəyyənliklərin davam edəcəyi gözlənilir”.

İqtisadçının fikrincə, neft bazarında volatilliyin yüksək olduğunu nəzərə aldıqda 2019-cu il üçün Azərbacycan dövlət büdcəsində neftin qiymətinin 60 dollar deyil, aşağı götürülməsi daha məqsədəuyğundur.

Maliyyə Nazirliyinin hazırladığı gələn ilki büdcə gəlilərimizin 60 faizi neft sektorunun payına düşəcəyini nəzərə alsaq 60 dollar riskli qiymət kimi xarakterizə oluna bilər.

Maliyyə Nazirliyi 2019-cu ildə neft bazarındakı potensial fors-majorlara indidən hazır olmalıdır və bu baxımdan gələn ilki büdcədə neftin qiymətinin 55 dollardan yüksək götürülməsi məqsədə uyğun deyil.

Hətta gələn il neftin qiyməti 60 dollardan yüksək olsa da belə il ərzində büdcəyə dəyişiklik etməklə qiyməti optimallaşdırmaq mümkündür. Buna görə də, büdcə layihəsində neftin qiymətinin 60 dollardan 55 dollara endirilməsi daha arzuolunandır.шаблоны для dle 11.2

Oxunub: 777






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23