Beyləqanda daha bir məmur təşvişdə: başçı müavini “dar ağacında” - İddia

başçı müavini “dar ağacında”
Beyləqanda yeyintilərə görə daha bir məmur təşvişdədir

Cahan.info-nun mozalan.az-aistinadla verdiyi xəbərə görə,
İcra Hakimiyyəti başçısının müavini Məhəmməd Qələndərov əl-ayağa düşüb.

Beyləqanda indiyə qədər həyata keçirilmiş tenderlərin böyük əksəriyyəti məhz Məhəmməd Qələndərovun rəhbəri olduğu şöbənin səlahiyyətində olub. Elə bu səbəbdəndir ki, rayondakı tenderlərlə bağlı yeyintilərdə əsasən onun adı hallanır.

Rayonun sosial-iqtisadi inkişafına hesablanan dövlət vəsaitlərini də M.Qələndərov saxta tenderlər vasitəsilə mənimsəyib. Şübhəsiz ki, bu işlər sabiq icra başçısı Vaqif Abdullayevin tapşırığı ilə icra olunub.

Amma indi səhhəti pisləşən keçmiş başçı vəziyyətdən bu yolla çıxmağa hazırlaşır. Nəticədə M.Qələndərov dar ağacına çəkilə bilər.

M. Qələndərov saxta yollarla yaxın qohum, tanış və dostlarını tender müsabiqəsinin mütləq qalibi elan etdirərək şəhərin abadlaşmasına, tikinti, təmir bərpa və digər təyinatlı işlərə ayrılan milyonlarla dövlət vəsaitini sabiq icra başçısı V.Abdullayevin himayəsi ilə talan edib.

Hazırda rayona başçı təyin edilmədiyindən Qələndərovun əl-qolu bir az da açılıb. Ancaq təftiş başlanması onu qorxuya salıb.

Qələndərov bələdiyyələrə təzyiq edərək sahibkarlarla bağlanmış müqavilələri ləğv elətdirir. Əvəzində pay torpaqları özünə yaxın şəxslərin adına keçirir.

Saxta tenderlər, həmçinin rayondakı iri korrupsiya faktları ilə bağlı yaxın günlərdə böyük yoxlama təşkil olunacaq. Bundan sonra müavinin taleyinin necə olacağını zaman göstərəcək.

Cahan.info mediaya istinadla xəbər verir ki, Məhəmməd Qələndərov İrşad Əliyevin icra başçısı olduğu dönəmlərdə «qara vəzir» ampluasından çıxış edərək, rayon sakinlərinə divan tutmaqla məşğul olub. Vaqif Abdullayevin Beyləqana icra başçısı təyin olunmasıdan sonra Qələndərovun əməlləri davam edib.

Bu əsnada, Beyləqan icra başçısının müavininin tenderlərdə qalib etdiyi və şəxsi nəzarətində olan şirkətlərinin adlarını müəyyənləşdirdik. Həmin şirkətlər sırasında «Murad-Elmir» MMC, «Təmir-Tikinti» LTD, «Mirdamət-2008» MMC və «İlkin -İM» MMC var. Lakin bu da son deyil. Çünki belə şirkətlərin sayı həddindən artıq çoxdur və hamısı da bir mövsümlük fəaliyyət göstərdikdən sonra bağlanılıb.

Qeyd edək ki, Məhəmməd Qələndərov İrşad Əliyevin icra başçısı olduğu 7 il ərzində bu şirkətlərin imkanlarından yararlanıb. Büdcə vəsaitlərini həmin şirkətlərin hesabına köçürərək, oradan «təmizləyib».

Məhəmməd Qələndərovun biznesi təkcə tenderlər üzərində qurulmayıb. Onun həmçinin başqa biznes sahələri də var. Məsələn, onun bir müddət əvvəl Sovet dövründən qalma kitabxananı 30 min manata aldığı məlum olub. Bəlli olub ki, həmin kitabxananı fitnes kluba çevirən icra başçısının müavini təmir işlərinə daha 70 min manat xərcləyib.

Beyləqanda fitnes klubun kimə və nəyə lazım olduğu məlum olmasa da, bunun investisiya xatirinə edildiyi qətiyyən şübhə doğurmur. Həmçinin müavin əlindəki vəsaitləri ticarət işlərinə də sərf edərək, dövriyyəsini artırmağa çalışır.

Məhəmməd Qələndərov məktəb tikintisindən daha çox gəlir əldə edib. Belə ki, o, rayonda «Aptek Elburus» kimi tanınan şəxslə birlikdə Beyləqan rayonunda məktəb binalarının inşası prosesinə qatılıblar. Bununla bağlı keçirilən tenderə qatılan «Aptek» Elburus prosesin qalibi elan edilir.

Bir müddət əvvəl Məhəmməd Qələndərov və rayon Komunnal təsərrüfat Birliyinin rəisi Arzu Bəndəliyevin oğulları avtoxuliqanlıq edərək məcburi köçkün olan bir şəxsin maşınına xəsarət yetirməklə gündəmə gəlmişdilər.

Qarşı tərəfi dinləməyə hazırıq.шаблоны для dle 11.2

Oxunub: 8 568






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23