Azərbaycan iqtisadiyyatının prioritetləri - təhlil

Azərbaycan iqtisadiyyatının prioritetləri
Prezident İlham Əliyev 20 Sentyabr 2019-cu ildə "Əsrin kontraktı"nın 25 illiyinə həsr olunmuş tədbirdə "neft-qaz sektorunun inkişafının davamlılığının bundan sonra da prioritet olacağını bildirib

Azərbaycan neft-qaz ölkəsi olduğundan və ölkəyə neft dollarları axdığından prezidentin bu bəyanatında qeyri-adi heç nə yoxdur. Ölkə yaxınlarda həm də böyük qaz gəlirləri əldə edəcək və bu baxımdan neft-qaz gəlirləri indi və yaxın prespektivdə ölkə iqtisadiyyatı üçün prioritet olacağı mübahisə predmeti deyil.

Bununla belə, bəzi iqtisadçılar prezidentin sentyabrın 26-da Beynəlxalq Maliyyə Korporasiyasının iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman dediyi "Neft və qaz sahəsindən asılılığın azaldılması əsas prioritetlərimizdəndir" sözlərinin birinci bəyanatla ziddiyyət təşkil etdiyini iddia edir. Ancaq burada ziddiyyətdən söhbət fedə bilməz. Çünki bir prioritet o birini istisna etmir, əksinə, bir-birini tamamlayır.

Azərbaycan əldə etdiyi neft gəlirlərinin bir hissəsini qeyri-neft sektorunun inkişafına xərcləyir. Məsələn, Azərbaycan hökuməti həm də kənd təsərrüfatının inkişafını orioritet seçib. Təbii ki, məğul əhalinin 38 faizinin çalışdığı aqrar sektorun inkişafı çox önəmlidir və neft gəlirlərinin bu istiqamət üzrə xərclənməsi həm elmi, həm də praktiki baxımdan anlaşılandır.

Bundan başqa, hökumət həm də turizmin inkişafını prioritet seçib. Bu da anlaşılandır. Çünki Dünya Bankının hesablamalarına görə, post-neft dövründə Azərbaycanın iqtisadiyyatının ağırlıq mərkəzi 2 sektorun - kənd təsərrüfatı və turizmin üzərinə düşəcək. Bu baxımdan neft gəlirlərindən faydalanıb, bu 2 sektorun dayanaqlı inkişafını təmin etmək normaldır. Yəni sistemsizlikdən yox, sistemli fəaliyyətdən söhbət gedə bilər.

Təbii ki, qeyri-neft sektorunun, o cümlədən də kənd təsərrüfatı və turizmin problemləri çoxdur və oroblemlərin həll edildiyini söyləmək olmaz. Ancaq əsas məsələ budur ki, problemlərin çözülməsinə start verilib, maliyyə mənbəyi də neft gəlirləridir. Yəni prioritetlər bir-birini tamamlayır.шаблоны для dle 11.2

Oxunub: 33






E-mail: cahan.info@mail.ru