Abdin Fərzəliyevlə Şahmar İbadovun Nərimanovu suda boğma korrupsiyası - Foto/video

Abdin Fərzəliyevlə Şahmar İbadovun Nərimanovu suda boğma korrupsiyası
Məmurların yarıtmaz fəaliyyəti və idarəçiliyini təbiət də ifşa etməkdədir

Cahan.info xəbər verir ki, Bakıya yarım saat yağan yağış “Azərsu” ASC başda olmaqla, yerli icra strukturlarının özbaşınalıqlarını üzə çıxardı.

Bunun bariz nümunəsi Nərimanov rayonudur. Azerbaycanrealligi.com yaydığı fotolarda və videoda Nərimanovun Montin qəsəbəsində Daş karxanası küçəsindəki mənzərəni təsvir edib.

Burada qurulmuş kanalizasiya sistemi bərbaddır, acınacaqlı vəziyyətdədir. Aidiyyatı orqanlara dəfələrlə şikayət olunsa da, dəfələrlə bu problemi ictimailəşdirilsə də, vecinə alan olmayıb.

Amma rayon icra başçısı Abdin Fərzəliyev vəmüavini Şahmar İbadov özlərinə iri villa, bahalı maşın və yaxud müxtəlif ərazilərdə mənzillər, mülklər ala bilirlər.

Həmin küçədəki görüntülər yağışın yox, korrupsiyanın nəticəsidir. Çünki prezidentin ayırdığı vəsaitlər təyinatı üzrə xərclənməyib. Onların yeganə “təyinatı” Fərzəliyevlə İbadovun cibi olub.

Bunu tanınmış vəkil Adəm Məmmədov da dolayısı ilə təsdiqləyib. O, feysbukda yazıb ki, Bakının su basmasının yeganə səbəbison dövrlər pilot-lahiyə adı ilə 5 mərtəbəli binaları söküb 16-20 mərtəbəli yeni yaşayış yerləri inşa olunmasıdır.

Onun sözlərinə görə, Nərimanov Rayon İcra hakimiyyətinin satmadığı yer qalmayıb. Satılan yerlərdə göydələnlər inşa edilir, yağan yağış suları torpağa yox, küçəyə tökülür.

Bu özbaşınalıq, görməmişlik və qanunsuzluğun nəticəsidir. Nərimanov rayonunda səkilər, yaşıllıqlar iş adamlarına peşkəş olunub. Buna görə A.Fərzəliyevlə Ş.İbadova söz də gəlmir.

Əslində, büdcədən kanalizasiya sistemlərinin təkmilləşdirilməsinə vəsait ayrılır, amma Nərimanov RİH təsərrüfat şöbəsi bunu Fərzəliyevə bəxşiş edir. Rayondakı ərazilərin satışı da qanunsuzdur. İH başçısı yüz minlər alaraq sərəncamlar verir. Onun müavini Şahmar İbadov da belə məmurlardandır.

O, büdcə pulları və obyektlərdən yığılan xəraclar varlanıb. Məsələn, Bakıda üç fahişənin əhatəsində ölən ərəbin qaldığı “Airva” hotel Şahmar İbadovundur. “İstanbul klinika” və onlarla tikintilər, avtoyuma məntəqələri Ş.İbadova məxsusdur.

Bu obyektlər maaşla alınmayıb, dövlət vəsaitlərini mənimsəməklə, əraziləri satmaqla olub ki, indi göydələnlər ucalır, yağış yerə dəyən kimi rayonu su basır.

Cahan.info xəbər verir ki, A.Fərzəliyevlə Ş.İbadovun adı gözdən əlillər üçün tikilən binalarda mənzillərin satışından MTN işinə qədər hallanıb.

Bundan əlavə, başçının Həştərxandakə biznesi, müavinin oğlunun avtoqəzada ölümə səbəb olması hər iki məmurun neqativ imicini formalaşdırıb. Bu gün Nərimanov kimi mərkəzi rayon məmur tapdağı altında inildəyir, abadlıq işləri getmir, parklar qurulmur, problemlər tökülüb qalıb.

Nərimanov rayonunda yaşayış binaları arasında insanların asudə vaxtları keçirməsi üçün nəzərdə tutulan yerlər belə satılıb, həmin ərazilərdə çoxmərtəbəli binalar inşa edilib. Tikinti və şəhərsalma normaları kobud şəkildə pozulub. Bütün bunlara baxmayaraq Abidin Fərzəliyevin fəaliyyətinə, konkret rayonda yaratdığı problemlərə media diqqət yetirmir.

Abdin Fərzəliyev və 1-ci müavini Şahmar İbadov “Nərimanov” metrosunun üstünü, parkın ərazisini kafelərə, dükanlara, ticarət köşklərinə kvadrat-kvadrat satmaqdadır.Nərimanov parkının içində sağ-sol restoran, kafe, dönərxanalar, peraşki satanların butkalarından ibarətdir. Onların fəaliyyətinə Nərimanov RİH-nin qeyri-rəsmi icazəsi əsasında razılıq verilib.

Rayondakı əksər obyektlərə Ş.İbadov tərəfindən nəzarət olunur. Abdin Fərzəliyev 1-ci müavininə ən birinci imkanları yaradıb.Başçının “kassir”i və rayondakı “kombinasiyaları”nın mahir ustası sayılan Şahmar İbadov Nərimanovun “qubernator”u rütbəsinə yüksəlib.

Onu da deyək ki, Bizim Yol-un redaksiyasına 22 nəfər zərərçəkmiş şəxsin imzası ilə məktub daxil olmuşdu. Məktub müəllifləri Nərimanov rayon İcra Hakimiyyətindən şikayət ediblər.

Məktubda deyilir: “Biz, sosial vəziyyətləri çətin olan 220-dən çox ailə 6 (altı) ildir ki, yüksək səviyyəli dövlət məmurlarının əməllərinin məngənəsində boğuluruq və acınacaqlı həyat tərzinə düçar olunmuşuq.

Baş pokuror və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Daxili İşlər Nazirliyi, Bakı Ağır Cinayətlər Məhkəməsi və başqa aid qurumlar bizim problemlərimizin həlli üçün heç nə etmir.

Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin və onun birinci müavini Şahmar İbadovun fəaliyyəti və fəaliyyətsizliyi nəticəsində zərəçəkən ailələrə ümumilikdə 12.500.000,0 (on iki milyon beş yüz min) manatdan çox ziyan dəyib”.

Zərərçəkənlərin yazdığına görə, dövlət layihələrinə uyğun olaraq sökülmüş evlərə görə almalı olduqları cəmi 12.500.000,0 (on iki milyon beş yüz min) manatdan çox pul mənimsənilib.





шаблоны для dle 11.2

Oxunub: 6 244






E-mail: cahan.info@mail.ru