Vaşinqton Bakı ilə Tehranın arasını vurmağa çalışır? - Şok pərdəarxası...

Vaşinqton Bakı ilə Tehranın arasını vurmağa çalışır?
Azərbaycan ABŞ-la İranın fəaliyyətinə qarşı sıx əməkdaşlığa getməyəcək

Cahan.info-nun siyasət şöbəsi belə yazır.
Hətta bunun üçün Moskva, Ankara, Tehran və Brüssellə geosiyasi dialoq kapitalizasiyasını gücləndirəcək.

Bu paytaxtların hər biriylə ikitərəfli münasibətlər gündəmdə olacaq. Buna görə də Azərbaycan-Rusiya münasibətlərinin yüksələn dinamikası təqdim edilir. Türkiyə ilə intensiv konsultasiyalar aparılır.

Bu günlərdə İrana Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov səfər etdi. Bakı cəld davranaraq, cənub qonşusuyla bütün problemləri aradan qaldırıb, Vaşinqtonun Bakı-Tehran münasibətlərindəki pozuculuq cəhdlərini heç etməyə çalışır.

Azərbaycanın Dağlıq Qarabağ konfliktinin həll perspektivinə münasibətdə sülhməramlı ritorikası geniş siyasi və geosiyasi kontekstə uyğunlaşır. Əliyev sələflərinin təcrübəsinə sahib olmayan Nikol Paşinyanı məğlub edir.

Paşinyanın problemi nə Moskva, nə də Qərbdədir. Problem Bakının geniş və irimiqyaslı xarici siyasət manevrləri həyata keçirmək bacarığındadır.

Moskva, Tehran, Ankara və potensial olaraq Bakı artıq bir qayıqda toplaşırlar. Əgər Azərbaycan və İran KTMT-də müşahidəçi statusu ala bilsələr, Ermənistanın bu strukturda elan etdiyi “ermənimərkəzli siyasəti”nin təsiri bir qədər də aradan qaldırıla bilər.

Cənubi Qafqaz Rusiya ilə sərhəddir və Rusiya ərazilərinin müdafiəsi, eləcə də Böyük Yaxın Şərqə təsir plasdarmı kimi istifadə edilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Moskva Ermənistanla Azərbaycan arasında mümkün lokal hərbi konfliktdən qaçmağa çalışacaq. Hər kəs anlayır ki, Dağlıq Qarabağ konfliktinin qarşılıqlı fayda verəcək kompromis əsasında həlli regionun siyasi landşaftını pozitiv istiqamətdə dəyişəcək.

Ona görə də bu mərhələdə amerikalıların Dağlıq Qarabağda istənilən formada böhran ssenariləriylə bağlı mümkün əks-fəaliyyətini qabaqlamaq vacibdir. Üstəlik, bu fəaliyyət yalnız xaricdən Azərbaycan və ya erməni xarakteristikasına sahib olacaq.

Belə ki, onu bütün Böyük Yaxın Şərqdə əks etdirəcəklər. Bu faktorun anlaşılması Bakını Moskva, Tehran, Ankara və hətta İrəvanla da yaxınlaşdırmalıdır. Kimsə “köhnə körpüləri” yandırmalı olacaq.

Paşinyan Türkiyə ilə əlaqələrin yaradılması üçün heç bir ilkin şərt irəli sürülmədən danışıqlara hazır olduğunu bəyan edib.

Ötən gün isə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Ermənistanın işğal etdiyi ərazilərdən hərbçilərinin çıxarılmasının danışıqların başlaması üçün şərt olduğunu açıqlayıb.

Türkiyə Ermənistanla bütün diplomatik-siyasi və ticari münasibətləri 1993-cü ildə dayandırıb və sərhədi bağlayıb. Buna səbəb isə Ermənistanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal etməsidir.шаблоны для dle 11.2

Oxunub: 868






E-mail: cahan.info@mail.ru