Gəncədə 3 nəfərin həyatına son qoyan partlayışın tam təfsilatı Cahan.info-da - Video

Gəncədə 3 nəfərin həyatına son qoyan partlayışın tam təfsilatı Cahan.info-da
Gəncədə partlayış baş verən binanın sakinləri köçürüləcək. Bu barədə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib.

Cahan.info-nun məlumatına görə, 3 nəfərin öldüyü, 1 nəfərin yaralandığı hadisə ötən günün əsas xəbəri olub.E.Mirzəyev bildirib ki, sakinlər üçün yeni bina tikilərək təhvil veriləcək:


“Hazırda axtarış və təmizləmə işləri davam etdirilir.Binanın bir blokunda yerləşən dörd mənzil tamamilə dağılıb.Dördüncü və üçüncü mərtəbələrdə yaşayış olmayıb.Partlayış birinci mərtəbədə baş verib.

Hadisə zamanı 3 nəfər ölüb, 1-i yaralıdır. Hazırda tədqiqatçılar və mütəxəssislər partlayışın baş verdiyi ərazidə araşdırma aparırlar.Hadisənin dəqiq səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə məlumat veriləcək”.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncə şəhərində partlayış baş verən əraziyə baş çəkib. Nazir jurnalistlərə açıqlama verib.

K.Heydərov bildirib ki, hadisə zamanı dağıntılar altında qalan 3 nəfər ölüb, 1-i isə ağır yaralanıb:

“Səhər saat 5:45-də hadisə barədə məlumat daxil olub. Partlayış zamanı üç nəfər ölüb, bir nəfər isə ağır yaralıdır. Yaralı hərbçi olduğundan hospitala yerləşdirilib.

Onun vəziyyətinin də ağır olduğu bildirilir. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Kinoloji xidmətin itlərindən hər hansı reaksiya olmasa təmizləmə işlərinə başlanacaq”.

Gəncə şəhərində baş verən partlayış zamanı binanın 4 sakini dağıntılar altında qalıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə 4 mərtəbəli binanın 3-cü mərtəbəsində qaz sızmasından baş verib.

Dağıntılar altında qalan sakinlərdən birinin,1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti çıxarılıb. Digər 3 şəxsin səhhəti ilə bağlı vəziyyət məlum deyil.

Onu da deyək ki, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və regionda olan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvanda xilasetmə işlərini həyata keçirirlər.

Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncə şəhərinə gətirilib.

шаблоны для dle 11.2

Oxunub: 255






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23