Şəki: Şəhidlər Xiyabanı icra başçısının laqeydliyindən dağılır... - Foto

Şəhidlər Xiyabanı icra başçısının laqeydliyindən dağılır...
Şəkidə Şəhidlər Xiyabanı baxımsızlıqdan sökülür

Cahan.info yazır ki,
xəbəri Vətəndaş və İnkişaf Partiyası sədri Əli Əliyev feysbukda paylaşıb. VİP sədri yaydığı fotodan görünür ki, şəhid məzarlığı diqqətsiz qalıb.

Onun sözlərinə görə, xiyabana bitişik tikilmiş otel parladığı halda, Xiyabanımız sökülür. Şəhidlərimizin abidəsi hər bir vətən övladının qəlbində ucalır. Son dövrlərdə prezident İlham Əliyev ŞəkidəASAN mərkəzin açılışında olub.

Təşkilatçılar yolları abıra salsalar da, şəhidlərin uca abidəsinin abadlaşdırılması heç kəsin yadına düşməyib. Əslində, bu vacib işin görülməsi bir vətəndaşlıq borcudur, o ki, qalmışdı vəzifə görəvi ola.

Ona görə də, prezidentdən səfər marşrutlarına dövləti bizim üçün qorumuş şəhidlərin abidə və məzarlarınısalmağı xahiş etmək lazımdır. Bəlkəo zaman yerli məmurlar tərəfindən belə etinasızlıqla üzləşmərik.

Şəkinin icra başçısı Elxan Usubovdur. Bir neçə ay əvvəl Şəkidə M.F.Axundov 11/5 ünvanındakı fərdi yaşayış evində 2016 -cı ildə yanğın nəticəsində tamamilə yanan mənzil sakinlərinə Şəki İH yardım etməmişdi.

İH müavini Həsən Həsənov vətəndaşları dəfələrlə müəyyən sənəd gətirməklərini söyləmiş, guya akt tərtib edərək köməklik edəcəkləri kimi get-gələ salmışdı. Hətta birinci vitse prezident Mehriban xanım Əliyevanın göndərilən məktuba cavabına baxıb, istehzayla gülürmüş.

Mehriban xanımın xüsusi göstərişi olsa da, İH məsələyə laqeyd yanaşmışdı. Bu laqeydlik Şəhidlər Xiyabanına münasibətdə də görünür.

Cahan.infoxəbər verir ki, Elxan Usubov rayonun idarəsini müavini Həsən Həsənova həvalə edib.

Regionxeberleri.com yazıb ki,
H.Həsənovun “kəsdiyi başa” zaval yoxdur. Şəhərin bütün tarixi binalarının zirzəmilərini satıb. Zirzəmiləri alanlar isə burada qazıntı işləri aparıb mağaza tikiblər. Nəticədə isə tarixi binalar təhlükəli vəziyyətə düşüb.

Bundan başqa icra başçısının göstərişi ilə, müavin Həsən Həsənov tez-tez sahibkarlarla görüşür rayondakı abadlıq-quruculuq işlərinin həyata keçirilməsi adı altında pul istəyir. Bundan imtina edən sahibkarlar isə incidilir.

Ən ciddi məqam isə Şəkinin bələdiyyə sədrinin neçə seçilməsi, onun icra başçısına nə qədər yaxın olması məqamlarıdır.

Belə ki, E.Usubov müavini Həsən Həsənovun köməkliyi ilə özünun yaxın qohumu olan Elşad İbadovu Şəkiyə bələdiyə sədri seçdirib. Təbii ki, bu seçim icra başçısına və Həsən Həsənova böyük imkanlar açır.

Iicra başçısı rayonda böyük “Sünbül” çörəkbişirmə sexi tikdirib. Sex faktiki olaraq Elşad İbadovun adınadır, amma başçıya məxsusdur.

Çörək zavodu tikiləndən sonra rayonda bu bizneslə məşğul olan sahibkarların işi əməlli-başlı zəifləyib. Çünki icra başçısı bütün dükan və market sahiblərinə çörəyi ona məxsus sexdən almağı tapşırıb.

Ümumiyyətlə, başçının biznes obyektlərinin bir çoxuna məhz bu adam nəzarət edir. İcra hakimi onu bələdiyyə sədri vəzifəsinə qoymaqla müəyyən planlarını həyata keçirmək niyyətindədir. Həmçinin rayondakı dayaqlarını mökləmləndirir.

Beləliklə, icra başçısı Elxan Usubov böyük pullar qazansa da, tarixi Şəki şəhəri yavaş-yavaş itib-batır.

İH-nin Şəhidlər Xiyabanı ilə bağlı mövqeyini dərc etməyə hazırıq. шаблоны для dle 11.2

Oxunub: 2 180






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23