“Broker Əbülfəz”ə niyə güc çatmır? - Mikayıl Cabbarovdan yayındırılan vergi...

“Broker Əbülfəz”ə niyə güc çatmır?
İllərdir ki, “Broker” MMC rəhbəri Əbülfəz Məlikovun büdcəyə vurduğu ziyan, gömrükdə inhisarçılığı, sahibkarların “dərisinə saman təpməsi”, palma yağlarını ölkəyə gətirməsi və s. barədə yazılır.

Amma çi fayda?! Onun arxasındakı güclər və Ə.Məlikovun kölgə iqtisadiyyatına verdiyi töhfə bəzi məmurları ürəyincədir.

Ona görə də prezidentin gömrük sahəsində, ümumilikdə kölgə iqtisadiyyatına qarşı apardığı islahatlar, qəbul edilən proqramların icrasına baxmayaraq, hələ də “Broker Əbülfəz” təxəllüslü monopolist ənənəvi qaydalarla işləmək istəyənlərin maraqlarına cavab verməkdədir.

Cahan.info xəbər verir ki, hazırda Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının “Loqistika Mərkəzi”ni nəzarətində saxlayan Əbülfəz Məlikovla bağlı yeni iddialar səslənməkdədir.

Bu barədə bizimxeber.az yazıb ki Ə.Məlikov yüzlərlə brokeri zərbə altına qoyub. Belə ki, “Broker MMC”- də çalışan həmin şəxslərin adına VÖEN açılıb, “X” şirkətin gətirdiyi məhsul brokerlərin adına yazılıb, Məlikovun nəzarəti altında gömrükdə rəsmiləşdirilib.

Bunun müqabilində hər brokerə faiz verilirmiş. Əvəzində brokerin adına idxal edilən məhsulun vergisi ödənməyib. Beləcə, aylarla vergi borcu yığılıb.

İddialara görə, sabiq vergi naziri Fazil Məmmədovun dövründə “Broker Əbülfəz” dil tapıb, ödənişləri “birdəfəyə” prinsipi ilə qeyri-rəsmi həyata keçirib.

F.Məmmədovdan sonra brokerlərə qanuni formada ödənməyən 100 min manatlarla borc yazılıb. Məlikov isə aradan çıxıb. Hazırda brokerlərin Vergilər Nazirliyinə 100 min manatlarla borcu qalıb.

Əksərinin evləri, maşınları əlindən alınıb, ailələri dağılıb. Məlikovun bu sistemi onların tifağını dağıdıb.

Məlikov eyni əməlini Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının loqistika mərkəzlərində davam etdirir. Amma bu dəfə daha sistemli formada. Yenə vergidən yayınmaq üçün ciddi planlarını işə salıb.

Cahan.info xəbər verir ki, “Broker Əbülfəz” “odda yanmaz, suda batmaz” təsiri bağışlayır. Sanki ona heç kəsin gücü çatmır. Bu iddianın əksi isə onu qoruyan qüvvələrin yüksək ranqlı məmurların olmasıdır.

Çünki gah gömrükdə, gah “Meyvəli” bazarında, gah logistika mərkəzlərində iş qurur, min bir “əməliyyat”lar həyata keçirir. Onun tez-tez yerdəyişmələri də maraqlıdır, görünür, bu personanı diqqətdən yayındırmaq, büdcədən gizlədilən milyonların izini itirmək məqsədi daşıyır. Yeri gəlmişkən, gömrüyə yeni rəhbərlik gələn kimi 1 milyard vəsait büdcəyə yönəldilmişdi.

Ə.Məlikovun dönəmində milyardlar büdcədən gizlədilib. İndi də vergilər naziri Mikayıl Cabbarovdan vergi yayındırır, logistika mərkəzlərində öz oyunlarını aparır.

Əslən Şamaxıdan olan, milyarder Əbülfəz Məlikov bu işə siqaret satışı ilə başlayıb. 28 may metrosunun qarşısında kiçik siqaret satışı yerləri olan Məlikov Azərbaycana ilk dəfə qara yollarla siqaretlərin gətirilməsi işini həyata keçirib.

Xatırlayırsınızsa illər əvvəl Bakıda Dağıstan, Rusiya və əsasən İran istehsalı olan siqaretlər çoxluq təşkil edirdi. O zaman Azərbaycana gətirilən bu siqaretlər Əbülfəz Məlikov gətirirmiş.

Bu sahədə bacarığı olan Ə.Məlikov qısa zamanda Azərbaycandakı böyük iş adamlarının, eləcə də İrandan Azərbaycana yenicə ayaq açan biznesmenlerin yanına yol tapıb. İran əsilli iş adamı Mənüçöhr Əhədpur Xənqanla Əbülfəz Məlikovun da tanışlığı o zamanlara gedib çıxır.

FHN şefi Kəmaləddin Heydərovun “beyni” hesab edilən iş adamı Mənüçöhr Əhədpur Məlikovla iş birliyinə başlayıb və gömrük sistemi məhz onun sayəsində Məlikovun əlinə keçib.

Əslində gömrükdə monopoliyanın yaradılması, Broker sisteminin qurulması Mənüçöhr Əhədpurun (milliyyəti araşdırma mövzumuzdur) beyinin məhsuludur.

Sadəcə bu işi daha yaxşı idarə edən Ə.Məlikov sonradan Mənüçöhr Əhədpurla qohum olub. Bu barədə növbəti yazımızda məlumat verəcəyik.
Məlumatlarda qeyd edilir ki, Əbülfəz Məlikovun gömrükdəki 5 min brokerinin hər birinin ayrılıqda işi olub.

Hər brokerə (qohumlarına əmək haqqı çox verib) 700 manat əmək haqqı verən Ə.Məlikov bu brokerləri sözün həqiqi mənasında həm özündən asılı vəziyyətdə saxlayıb, həm də istismar edib.шаблоны для dle 11.2

Oxunub: 6 271






E-mail: cahan.info@mail.ru