Vidadi İsayevin şəhid ailələrinə zülmü: evi uçurulan, qapıdan qovulan, işığı kəsilən, haqsızlıqdan ölən... - ÜRƏKPARÇALAYAN VİDEOLAR

evi uçurulan, qapıdan qovulan, işığı kəsilən, haqsızlıqdan ölən...
Prezident məmurlara növbəti dəfə nümunə oldu. Doğum gününü məcburi köçkünlərlə qeyd edən, qaçqınları, şəhid ailələrini heç zaman unutmayan dövlət başçısı bu məsələyə də nöqtə qoydu.

Dövlət başçısı nəinki şəhid ailələrinə birdəfəlik yardımın ödəniləcəyini bəyan etdi, yeni fərmanı bütün şəhid ailələrinə şamil elədi, yəni şəhid polislərimizə də qan pulu veriləcək.

Eyni zamanda aprel şəhidlərinə, bütün illərdə vətən üçün canından keçən oğulların yaxınlarına birdəfəlik yardım təqdim olunacaq.

Azərbaycan xalqı bir daha gördü ki, arxasında güclü dövlət və lider var. Prezident şəhidə olan ehtiramını, şəhid anasına olan həssaslığını həmin görüşdə növbəti dəfə nümayiş etdirdi - bəzi məmurlardan fərqli olaraq...

Cahan.info yazır ki, şəhid ailələrini aksiyalara sürükləyən, onları qapıdan qovan, düşmən ölkə qarşısında rəzil edən həmin bəzi məmurlar idi. O məmurlardan biri də prezidentin etimad göstərib təyin etdiyi Bərdənin icra başçısı Vidadi İsayevdir.

Bu rayonda şəhid ailələrinə edilən zülm ərşə qalxıb. Onun əlindən köçkünlər, şəhid ailələri, Qarabağ qaziləri dad eləyirlər.

Heç kəsi saymayan başçı vaxtilə arxa-dayağı olan Elmar Vəliyev yolu getməkdədir. V.İsayev sanki bu hökumətə, bu ölkəyə düşmən kəsilib.

Prezidentin səlahiyyətli nümayəndəsi olan icra başçısı dövləti Bərdədə təmsil edir. Amma İsayev rayonda şəhid ailələrinə etdiyi pisliklərlə anlamır ki, söz dövlətə gəlir, narazılıq hökumətə olur.

Dəfələrlə deyildi, yazıldı, amma Bərdə “xan”ı acığa düşdü, bir az da hikkəli davrandı, ona elə gəldi ki düşmənçilikdən tənqid edirlər. Halbuki, ona prezidentin nümayəndəsi kimi müraciət edirdilər, köməklik istəyirdilər.

Onun da bir məmur kimi şəhid ailələrinə qayğı göstərmək borcuydu. V.İsayev isə qapısına gələn şəhid yaxınlarını əli ilə itələdi, qovdu, aşağıladı.

O nələr eləmədi - şəhid Dilqəmin qardaşının evini başına uçurdu, şəhidin adının Kəltəparan kəndində əbədləşdirmək üçün atasından 3 min manat rüşvət istədi, şəhid Bəxtiyarın qardaşı Xəyyam Salmanzadənin evinin işığını kəsdirdi, şəhid anası Soltan xanım dəfələrlə qəbuluna gəldi, qovdu.

Bu haqsızlığa dözməyən Soltan ana dünyasını dəyişdi. Şəhid xanımı Yasəmən İsmayılovanı nəinki qəbul eləmədi, həbslə təhdid etdi.

Bu da yetmədi, Vidadi İsayev Şəhidlər Xiyabanını satışa çıxardı, 20 Yanvar günü isə parka gedərək əlində iki qərənfillə guya bu tarixi yad etdi.

Axı prezident də, bütün rəsmilər və xalq da Şəhidlər Xiyabanına gedərək onlara ehtiram olaraq baş əyir, əklil qoyur. Park isə istirahət yeridir, parkda 20 Yanvar günü keçirilmir.

V.İsayevin şəhidlərə olan hörmətsizliyinin bir nümunəsi də 20 Yanvar günü bir əklil belə təşkil etdirməməsi idi. İki qərənfillə parka gedib, işini bitmiş hesab elədi.

Prezidentdən fərqli olaraq, V.İsayev Soltan ananın əllərindən tutmadı, onun dərdinə şərik olmadı. Dövlət başçısından fərqli olaraq, Bərdənin icra başçısı 20 Yanvar günü şəhidlərə ehtiram göstərmədi.

Məgər şəhid Dilqəmin qardaşının evini yıxmaq yox, tikmək olmazdı? Şəhid Bəxtiyarın qardaşı Xəyyam Salmanzadənin müraciətlərinə baxmaq, problemlərini həll eləmək mümkün deyildi?

Niyə Vidadi İsayev köçkünləri, şəhid ailələrini dövlətdən narazı salır, ayağa qaldırır? Bu adam sanki prezidentin səlahiyyətli nümayəndəsi yox, ona xəyanət üçün seçilib.

“Vidadi İsayev şəhid ailələrini, biz məcburi köçkünləri başına toplayıb, dərd-sərimizlə maraqlanmaqdansa, heç kimi saymır, icra hakimiyyətinin qapısına gedəni yaxın buraxmır, heç soruşmur ki, o adam niyə gəlib, bəlkə acdır, bəlkə çörək pulu istəyir?” –deyə şəhid ailələri bildirirlər.

Prezidentin sərəncamlarına rəğmən, Vidadi İsayev özünü yaxşı tərəfdən göstərmək, nəticə çıxarmaq, bərdəlilərin, köçkünlərin, şəhid ailələrinin, sahibkarların sevgisini qazanmaq, xidməti ilə rəğbət qazanıb vəzifədə daha çox qalmaq, əhalinin prezidentə təkidi ilə onun bu postda saxlanmasını istəməsinə nail olmaq yerinə, narazılıq yaradır ki, vəzifəsindən erkən vidalaşsın. Niyə həm camaata, həm özünə pislik edir, anlaşılmır.

Yada salaq ki, İsmayılova Yasəmən Ənvər qızı 20 gün ərzində üç dəfə Bərdənin icra başçısı Vidadi İsayevin qəbuluna düşməyə cəhd göstərmişdi. Lakin şəhid xanımı olan Y.İsmayılovanı qəbul edən olmamışdı. Hələ bir həbslə hədələnmişdi.

Bu günlərdə Bərdənin Çələbilər kəndində yaşayan 2-ci qrup Qarabağ əlili, çavuş Əsədov Elman Yunis oğlu məmur biganəliyindən şikayətçi idi.

Onun sözlərinə görə, Çələbilər bələdiyyəsindən 15 hektar əkin sahəsinə yararlı torpaq verilməsini istəyib. Qarabağ əlili ailəsini dolandırmaq üçün əkib-becərmək istəyib.

Ancaq deyir ki, kəndin müharibə görməyən, hərbi xidmətdə olmayan sakinlərinə torpaq paylanır, ona verilmir. Qarabağ əlili Bərdə rayon İcra Hakimiyyətinə üz tutub. RİH-dən isə Çələbilər kənd bələdiyyəsinə yönəldilib. Deyilib ki, get torpağı bələdiyyədən istə.

Bələdiyyə isə bildirib ki, Bərdə RİH-dən məktub daxil olmayıb: “Digər kəndən olan vətəndaşlara bizim kəndin ərazisində hektarlarla yerlər ərazilər verirlər, mən Qarabağ əlilini süründürməklə məşğuldurlar.4 aydan çoxdur müraciətimə baxılmır.

V.İsayev və digər icra başçıları təyin olunur ki, xalqla işləsinlər. Bunu prezident özü çıxışlarında bildirib və məmurlara xəbərdarlıq edib. Amma V.İsayev kimi dərs çıxarmayanlar var.шаблоны для dle 11.2

Oxunub: 11 296






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23