Mehman - Araz Əlizadə qovğası qızışır: Paris isə “sarı jilet” dərdi çəkməkdənsə...

Paris isə “sarı jilet” dərdi çəkməkdənsə...
Rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət bildirməkdənsə, Fransada nümayişçilərə qarşı zorakılığı dəyərləndirsin.

Cahan.info yazır ki,
bunu Fransa Xarici İşlər Nazirliyinin (XİN) Mehman Hüseynovla bağlı ünvanlanan sualı cavablandırması və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezirin məsələ ilə bağlı Azərbaycanın xarici işlər nazirinə məktub ünvanlaması barədə sorğusuna cavab olaraq Azərbaycan XİN-in Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

L.Abdullayeva qeyd edib ki, Fransa tərəfinin hazırda ölkəni “sarı jilet”lər aksiyası bürüdüyü bir vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi gülməlidir:

"Ölkədə nümayişçilərə qarşı su şırnaqları, dəyənəklər və digər qeyri-proporsional şiddət növlərindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanıb.

Biz ümid edirik ki, Fransada saxlanılan nümayişçilərə qarşı ittihamlar aradan qaldırılacaq və onlar qısa zamanda azadlığa buraxılacaqlar".

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə sosial şəbəkələrdə onu təhqir edənlərə cavab verib.

A.Əlizadə demokrat.az-a göndərdiyi müraciətində bildirir ki, Mehman Hüseynovla bağlı son açıqlamasına görə onun mobil telefon nömrəsinə təhqir və söyüş mesajları göndərirlər:

"Mənim Mehman Hüseynovla əlaqədar müsahibəm çıxdıqdan sonra orada işlətdiyim bəzi kəskin ifadələrə görə əvvəl məyus oldum. Lakin sonra təxminən əlliyə yaxın zəng və smslər daxil oldu və mən belə qərara gəldim ki, düz etmişəm.

Şapalaq yaxşı tutub. Və bunlar hamısı mütəşəkkil qrupdur. Gələn sms və zənglərin hamısı eyni üslubda, eyni söyüşlər və eyni səhvlərlə dolu idi.

Və bu onu göstərir ki, Azərbaycandan gedib kənarda yaşayan bu ünsürlər və hətta Azərbaycanda qalanlar da savadsız və tərbiyəsiz insanlardı. Və fikirləşdim ki, mən nə zamansa bu cür ünsürlərlə üzləşmişəm.

Və yadıma keçən əsrin 80-cı illərin sonu, 90-cı ilin əvvələrində belələrini "AXC-nin qarşısında sülənənlər " deyə adlandırdığım düşdü.

Sonra onların vəhşi üzünü Azərbaycanda dövlət çevrilişi zamanı parlamentin şüşələrini sındıran zaman görmüşdüm. Dişilər tumanlarını çıxardıb, deputatlara özləri üçün ayıbsız olan yerlərini göstərirdilər, erkəklər isə söyüş söyür, dava edirdilər.

“Sosial şəbəkələrdə paylaşılan məlumatlara əsasən, deputat Araz Əlizadə həbsdə olan bloger Mehman Hüseynovu təhqir edərək, onun ünvanına “yaxşı ki anasını da soyundurub fotosunu çəkməyib” ifadəsini işlətdiyi iddia edilir. Əgər bu belədirsə, həmin deputat, deputatlar üçün qanunla müəyyən edilmiş etik davranış qaydasını pozub”.

Modern.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının üzvü Elçin Abdullayev deyib. Vəkil qeyd edib ki, Azərbaycan qanunvericiliyi, başda konstitusiya olmaqla, təhqiri qadağan edir. Kimliyindən və səbəbindən asılı olmayaraq, təhqir yolverilməzdir.

“Konstitusiyanın 46-cı maddəsinin II hissəsinə əsasən, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz”.

Vəkil bildirib ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 17-ci maddəsinə əsasən, deputat qanunazidd hərəkətlərə, habelə yüksək adına xələl gətirə biləcək davranışa, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, başqalarını bu cür hərəkətlər etməyə çağırmamalı, Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarının aparılması qaydalarına riayət etməlidir.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında qanuna əsasən, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən kobud, təhqiramiz söz və ifadələrə yol verməməli, hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyən qərəzli hərəkətlər etməməlidir.

Həmin qanunun 6.3.-cü maddəsində qeyd edilir ki, deputat vətəndaşlarla, o cümlədən seçiciləri ilə münasibətlərində, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli və təmkinli olmalıdır.

Konstitusiyada deputatın mandatdan məhrum edilməsinin əsasları nəzərdə tutulub. Etik davranış qaydalarının kobud pozulması da həmin əsaslar sırasında yer alıb. Belə ki, konstitusiyanın 79-cu maddəsinin 7-ci hissəsinə əsasən, deputat qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda – mandatından məhrum edilə bilər. Vətəndaşın vəfat etmiş anası haqqında təhqiredici ifadələrə yol vermək etika qaydaların kifayət qədər ciddi polulması kimi qiymətləndirilə bilər.

Etik davranış qaydalarının pozulmasına görə deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır”.шаблоны для dle 11.2

Oxunub: 557






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23