İstiqlalçı prezident: təqiblərə, antiazərbaycançı şəbəkəyə qarşı olan lider yolu...

təqiblərə, antiazərbaycançı şəbəkəyə qarşı olan lider yolu...
Prezident İlham Əliyev məhz ulu öndərin zəngin irsinə əsaslanaraq müdrik lider kimi Azərbaycan dövlətini qlobal və regional trendlərlə uzlaşdırmaqla, təlatümlərlə dolu dünyamızda məharətlə idarə edir.

Cahan.info yazır ki,
ölkə rəhbəri İlham Əliyev ümummilli lider Heydər Əliyevin genetik davamçısı statusunun səfasını yox, həm də məhz cəfasını çəkdi. Belə bir dahi şəxsiyyətin övladı olmaq, əslində, həm də böyük məsuliyyət və özünənəzarət tələb edir.

Bu mövzuda “Azərbaycan” qəzeti yazır ki, o, hələ ötən əsrin 80-ci illərinin sonlarına doğru Heydər Əliyev ailəsinin üzvü statusunun çətinlik və məhrumiyyətlərini taleyində yaşamalı olub. Məhz həmin dövrdə işindən uzaqlaşdırıldı, ədalətsiz təqiblərə, mənəvi sarsıntılara məruz qalıb.

O, Azərbaycan xalqının ən ağır günlərində - 1990-cı ilin məlum qanlı yanvar hadisələrindən dərhal sonra ümummilli liderlə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək əsl istiqlal hərəkatı başladanlardan biri olub.

İlham Əliyev elə o vaxtdan - 1990-cı ildən bugünədək ön sırada Azərbaycanın mücadiləsini dayanmadan, yorulmadan, böyük vətənpərvərliklə, fədakarlıqla aparır!

Bu gün İlham Əliyevin lider kimi ən böyük uğurlarından biri ölkəmizin maraqlarını qətiyyətlə müdafiə edə bilməsindədir. Ötən illərdə biz Azərbaycana ən müxtəlif təzyiqlərin, təhdidlərin şahidi olmuşuq.

Müxtəlif məsələlərlə bağlı ölkə hakimiyyətinə əsassız hücumlar, təzyiqlər olub. Fəqət, Prezident məhz xalqın inamına, iradəsinə, dəstəyinə, ölkənin iqtisadi potensialına güvənərək bu təzyiqləri dəf edib. Xalqın mənafeyinə xələl gətirə biləcək heç bir anlaşmanı qəbul etməyib.

Çünki möhtərəm Prezidentin arxasında qüdrətli və güclü dövlət, yumruq kimi birləşən xalq dayanıb. Məhz bu mənəvi birlik sayəsində ölkə rəhbəri antiazərbaycançı şəbəkənin hücumlarını əzmlə zərərsizləşdirib. Azərbaycanın maraqlarını təmin edib!

Müstəqil Azərbaycan hamar, düzgün yolla - Heydər Əliyev yolu ilə inamla addımlayır. Hər birimiz tam əminik ki, İlham Əliyevin müdrik siyasəti nəticəsində bu yol əbədiyyətə qədər davam edəcək.

15 ilin nailiyyətləri sübut edir ki, ulu öndərin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir.

Bu dövr ərzində Azərbaycanın sürətli inkişafı, enerji sahəsi ilə yanaşı qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yuksəlməsi, Azərbaycanın milli mənafeyinə cavab verən müstəqil xarici siyasətin yürüdülməsi Prezident İlham Əliyevin vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı strateji xəttinin prioritet istiqamətləri olmaqla qazanılan uğurların göstəricisidir.

Son 15 ildə Azərbaycanın bütün bölgələri tarazlı şəkildə inkişaf etmiş, şəhər və kəndlər, qəsəbələr intibah dövrünə qədəm qoymuşdur. Respublikamızın ərazisi başdan-başa tikinti, quruculuq meydanına çevrilmişdir.

Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri də Azərbaycan insanının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir.

Yaşayış binaları, evlər, məktəb və xəstəxanalar, sosial obyektlər tikilir, yollar çəkilir, körpülər salınır, park və xiyabanlarda, memarlıq binalarında yenidənqurma işləri aparılır. Son illərdə Azərbaycanın siması büsbütün, tanınmaz dərəcədə dəyişib. Bunu ölkəmizə gələn qonaqlar da səmimiyyətlə etiraf edirlər.шаблоны для dle 11.2

Oxunub: 4 447






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23