Prezident fərmanı hansı rektorların “kürkünə birə saldı”? - Özəl siyahı

Prezident fərmanı hansı rektorların “kürkünə birə saldı”?
Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək

Cahan.info xəbər verir ki,
ötən gün prezident İlham Əliyevin imzaladığı bu fərman bir çox rektorların “kürkünə birə saldı”.

Məsələn, Ağacan Əbiyev 30 il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, Timuçin Əfəndiyev 30 il Mədəniyyət və İncəsənət Universitetində, Əhliman Əmiraslanov 25 il Azərbaycan Dövlət Tibb Universitetində, Siyavuş Qarayev 19 il Azərbaycan Dövlət Neft Akademiyasında, Abel Məhərrəmov 19 il Bakı Dövlət Universitetində, Səməd Seyidov 17 il Xarici Dillər Universitetində rektor kimi çalışıblar.

Siyavuş Kərimi 18 ildir Azərbaycan Milli Konservatoriyasına, Ömər Eldarov 19 ildir Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına, Fərhad Bədəlbəyli 28 ildir Bakı Musiqi Akademiyasına, Gülçöhrə Məmmədova 20 ildir Azərbaycan Memarlıq və İnşaat Universitetinə rəhbərlik edir.

Bu uzunmüddətli rektorluq fəaliyyəti ali məktəblərin inkişafını tormozlayıb. Nəticədə təhsilin tərəqqisində geriləmə müşahidə olunub.

Həmin rektorlar isə əvəzində illərlə topladıqları sərvətlə oliqarxa, biznesmenə çevriliblər. Bunu A.Məhərrəmovun timsalında gördük.

Eləcə də digər rektorların biznesi, rəhbərlik etdikləri təhsil ocaqlarının rüşvətə bulaşması haqda davamlı olaraq xəbərlər tirajlanıb.

Rektorların 5 il müddətinə təyin olunması universitetlərin fəaliyyətinə ciddi şəkildə müsbət təsir göstərəcək.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu fərman 5 il sonra fəaliyyətində irəliləyiş olmayan rektorların yenidən təyin olunmasının qarşısını alacaq:

“Ona görə də ölkədə fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə hətta 30 ilə qədər bir adamın rəhbərlik etdiyini, bu dövrdə universitetdə hansısa bir dəyişikliyin, inkişafın olmadığının şahidi oluruq.

Əlbəttə ki, elmi-tədqiqat işlərinin uzun müddət davam etdiyini nəzərə alsaq, bu müddətlər elmdə kiçik vaxt hesab oluna bilər. Amma rektorlar elmi-tədqiqat işləri ilə məşğul olmurlar. Onlar ali təhsil müəssisəsini idarə edirlər.

K.Əsədov rektorların vəzifəyə gətirilməsində də dəyişiklik etməyə ehtiyac olduğunu bildirib:“Təklif edirəm ki, bundan sonra rektorların vəzifəyə gətirilməsi də dəyişsin. Bunun üçün 2 metod var.

Biri demokratik, biri isə administrativ üsuldur. Bir də bunların ortaq üsulu var. Həmişə ortaq üsula üstünlük vermişik. Kollektiv 3 nəfəri seçib nazirliyə, nazirlik də Prezident Administrasiyasına göndərir.

Bu zaman 3 nəfərdən biri təyin olunur. Burada həm demokratiya, həm də administrativ təyinetmə var”.

Cahan.info yazır ki, özəl universitetlərin azaldılması və rektorlarının dəyişdirilməsi üçün bir mexanizmə ehtiyac var. Özəl ali məktəblərdə rektor təyinatı daxili çərçivədə həll olunur.

Lakin bir rektor illərlə sahibi olduğu universiteti dükan kimi işlədib, təhsilə töhfə vermirsə, dövlətin hansısa şəkildə rektor təyinatına müdaxiləsinə zərurət yaranır.

Məsələn, Eldar Quliyevin “Kooperasiya”, Nazim Hüseynovun “Bakı Avrasiya”, Əhməd Vəliyevin “Odlar Yurdu”, kimi təhsil ocaqlarında ciddi islahatlara ehtiyac var.

Həmçinin, 2013-cü ildə prezident tərəfindən təyin olunan Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun vaxtı çatıb.

Eyni zamanda hələ də rektor təyin edilməyən və rektor əvəzi Xalıq Yahudov tərəfindən idarə olunan Azərbaycan Texniki Universitetinə rəhbər təyinatı lazımdır.

Ən uzunmüddətli rektorluq müddəti isə Bakı Xoreoqrafiya Akademiyasının rəhbəri İlyas Əfəndiyevə məxsusdur. O, 31 ildir bu akademiyaya rektorluq edir.

Bakı Mühəndislik Universiteti - rektor Məmmədov Havar Əmir oğludur. 73 yaşı var. 2017-ci ildən rektordur. O, 2000- 2016-cı illərdə Azərbaycan Texniki Universitetinin də rektoru olub. Ümumi 18 il. Görünür ki, ciddi dəyişikliklər olacaq.шаблоны для dle 11.2

Oxunub: 441






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23