Bərdənin “tikilən məktəbləri” - II yazı

Bərdənin “tikilən məktəbləri”
Ötən yazılarımızdan birində bildirdik ki, ölkə mətbuatında bir neçə müddətdir ki, Bərdə rayon icra hakimiyyəti başçısının qanunsuz əməlləri barədə silsilə yazılar dərc olunur.

Qarşı tərəfin heç vaxt təkzib etmədiyi, dolayısı ilə demək olar ki, etiraf etdiyi bu yazılardan sonra, cahan.info olaraq, Vidadi İsayevin fəaliyyəti barədə jurnalist araşdırılması aparmağa qərar verdik.


Apardığımız araşdırmalar zamanı onun rəhbərliyi və diqtəsi sayəsində həyata keçirilən tender və kotirovkalarda xeyli sayda şübhəli məqamları aşkar etmişik.

Hara və necə xərcləndiyi hiss olunmayan məbləğlərin təyinatları, elan olunan işlərlə real vəziyyət nəinki bir-birinə uyğun gəlmir, hətta tərs mütənasibdir demək olar. Buna görə də, uzun müddətdir apardığımız araşdırmaların nəticələrini izləyicilərimizin diqqətinə çatdırmaq istədik.


“Çarbağ” şirkəti haqda rəsmi məlumat

Bu dəfə isə Bərdənin “tikilmiş” məktəblərindən söz açacayıq. İqtisadi İnkişaf Nazirliyinin Reyestr məlumatlarına görə Bərdə Rayon icra hakimiyyəti 2011-2017-ci illər ərzində keçirdiyi dövlət satınalmaları arasında məktəb binalarının tikilməsi və təmiri predmeti də var.

Beləki, rayon icra hakimiyyətinin 2012-ci ildə rayonun Mizalıbəyli kəndində 220 şagirdlik, Qullar kəndində isə 180 şagirdlik yeri olan tam orta məktəblərin tikinti işlərinin satın alınması üçün elan verib. Hər iki müsabiqənin qalibi isə “Çarbağ” şirkətidir. Satınalmaların biri 1 535 000 (bir milyon beş yüz otuz beş min manat), o biri isə 1 455 000 (bir milyon dörd yüz əlli beş min )manat olmaq cəmi 2 990 000 (iki milyon doqqu yüz doxsan min)manat dəyərində olan müsabiqələrin qalibi olan bu şirkət (VÖEN 1400686761) 2004-ci ilin dekabr ayının 28-də dövlət qeydiyyatına alınıb.


Mizalıbəyli kəndində bir milyon beş yüz otuz beş min manata başa gələn məktəbin acınacaqlı fotosu


Rəsmi sənədlərdə şirkətin hüquqi ünvanı Saatlı rayonu, Saatlı şəhəri, Heydər Əliyev küçəsi ev 110, rəhbəri isə Həsənov Anar Oqtay oğlu göstərilir.

Maraqlıdır ki, adıçəkilən ünvanda hansısa şirkətin olduğunu, həmin ərazidə yaşayan insanların heç biri xatırlamır. Şirkətin rəhbəri barədə internet üzərində araşdırma apararkən, DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin saytında isə bir nəfər Həsənov Anar Oktay oğlu adlı şəxsin axtarışda olduğunu öyrənmişik.


Məktəbləri tikən şirkət rəhbəri Həsənov Anar Oktay oğlu adlı şəxs axtarışdaşdadır?

Bu şəxsin həmin o məktəbləri tikən şirkət rəhbəri olub-olmamasını araşdırmaq üçün Bərdə Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, heç bir nəticə əldə edə bilmədik.

2014-cü ildə Bərdə rayon icra hakimiyyətinin sifarişi ilə Bərdə şəhər 6-saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınması üçün dövlət satınalması müsabiqəsi keçirilib. Bu dəfə isə 299 992,51 (iki yüz doxsan doqquz min doqquz yüz doxsan iki manat, əlli bir qəpik) manat dəyərində müsabiqənin qalibi “Techno-Yol-İnşaat” MMC olub.


“Techno-Yol-İnşaat” MMC haqda rəsmi məlumat

Vergilər Nazirliyinin təqdim etdiyi reyestr məlumatlarından belə məlum olur ki, adıçəkilən şirkət (VÖEN 1002462401) 2012-ci ilin fevral ayının 16-da dövlət qeydiyyatına alınıb. Rəsmi sənədlərdə şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Rəşid Behbudov küçəsi, ev 1B, mənzil 4, rəhbəri isə Rüstəmov Anar Səməd oğlu göstərilir. Həmçinin araşdırmalarımız zamanı bu da məlum olub ki, Rüstəmov Anar Səməd oğlu həm də “Exiles-STS” (VÖEN 1100473261) şirkətinin də rəhbəridir və 10.08.2016-cı il tarixə qədər adı “Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərləri” siyahısındadır. (mənbə: http://fins.az/store/airHuquqi%20(3).pdf)


Bir milyon dörd yüz əlli beş min manata başa gəlmiş Qullar kənd məktəbinin acınacaqlı mənzərəsi

Əgər Həsənov Anar Oktay oğlu da axtarışda olan həmin adamdırsa, onda qarşımızdakı mənzərə olduqca acınacaqlıdır. Çünki 3 məktəbi “tikmiş” 3 şirkətin iki rəhbəri biri axtarışda, biri isə vergiyə borcu olduğu üçün “STOP” qoyulmuş şəxslərdir.

Bundan başqa qeyd edək ki, bu il Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyevin 7 aprel sərəncamı ilə Bərdə Rayonunda quraşdırılması nəzərdə tutulan modul tipli məktəblər üçün 1 330 000 (bir milyon üç yüz otuz min) manat dövlət vəsaiti ayrılıb. Beləki, dövlət başçısının sərəncamı ilə rayonun İmamqulubəy kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 230 000 (iki yüz otuz min) manat, Böyük Qəcər kənd 96 şagird yerlik ümumi orta məktəb üçün 425 000 (dörd yüz iyirmi beş min) manat, Nəcəfqulubəyli kənd 56 şagird yerlik ibtidai məktəbin quraşdılması üçün 285 000 (iki yüz səksən beş min) manat, Təhlə kənd 80 şagird yerlik ümumi orta məktəb üçün isə 390 000 (üç yüz doxsan min) manat dövlət vəsaiti ayrılıb.


Prezidentin sərəncamından çıxarış

Ancaq bu günə kimi quraşdırılması mümkün olmayan bu modul tipli təhsil müəssisələrinin hansı səbəblərə görə istifadəyə verilməməsi, hətta heç bir işlərin aparılmaması heç kəsə məlum deyil. Dövlət başçısının adıçəkilən sərəncamının taleyi naməlum olaraq qalır.

(Ardı var...)


İki milyon doqqu yüz doxsan min manata başa gələn məktəblərin fotoları:




шаблоны для dle 11.2

Oxunub: 6 676






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23