Pirverdiyevlə qaynının “Expressbank”ı çökür, bağlana bilər - Maliyyə iflası...

Pirverdiyevlə qaynının “Expressbank”ı çökür, bağlana bilər
“Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin “Expressbank”ı bağlana bilər. Ölkədə maliyyə sistemindəki vəziyyət bankları bir-bir çökdürür

Cahan.info-nun əldə etdiyi xəbərə görə,
növbə Pirverdiyevin bankını gözləyə bilər.

Bankın əsas səhmdarları "AZENCO Group” MMC və Hikmət Xammədovdur. Həm şirkət Pirverdiyevindir, həm də H.Xammədov onun qaynıdır. Həmçinin "Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları» ASC-nin 98,5 faizi bu şəxsə məxsusdur.

Yerli bankların arasında birinci yerdə 23 milyon 755 min manat zərərlə "Expressbank” qərarlaşıb. Əslində, bu bankın ötən ilki faiz və qeyri-faiz gəlirlərində, eləcə də ümumi gəlirlərində 6 milyon manata yaxın artım müşahidə olunub. Bu göstərici 2017-ci ildəki 38 milyon 719 min manatdan 44 milyon 497 min manata yüksəlib.

Bankın faiz gəlirləri kifayət qədər yüksək olsa da, ehtimal olunan kredit itkiləri üçün 24 milyon 988 min manatlıq ehtiyat yaradılması onun 2 milyon 155 min manat faiz zərəri etməsilə nəticələnib. Bu isə ciddi məbləğdə riskli kreditlərin mövcudluğundan xəbər verir.

“Expressbank” yerli banklar arasında zərərin miqdarına görə, liderə çevrilib. Xatırladaq ki, sözügedən bank 2017-ci ili 2 milyon 26 min manat xalis mənfəətlə tamamlamışdı.

Azərbaycanda bank sahibi olmaq isə o, qədər də asan məsələ deyil. Son günlər yayılan məlumatlara görə “Expressbank” bağlanmağa ən real namizədlərdən biridir.

Nəzərə alsaq ki, bu gün bank sektorunda olan ciddi problemlər bütün fəaliyyətdə olan bankları əhatə edir. Yəni, vəziyyəti ağır olan tək bank “Expressbank” deyil.

Hətta elə banklar var ki, maliyyə vəziyyəti “Expressbank”dan daha da ağırdır. Bəs bağlanan banklar siyahısında ilk yeri niyə məhz “Expressbank” tutur? Bunun səbəbi isə “Expressbank”a “krişalıq” edən E.Priverdiyevin adı ilə bağlıdır.

Digər bir məsələ isə “Azərenerji” ASC-nin bütün bank əməliyyatlarını “Ekspressbank” vasitəsilə aparır. Azərbaycan Elmi-Tədqiqat və Layihə - Axtarış Energetika İnstitutunun yerləşdiyi binanın da mülkiyyət hüququ məhz Etibar Pirverdiyevə məxsusdur.

Məlumatlara görə, E.Pirverdiyevin bütün gizli bank hesabları da məhz “Ekspressbank” vasitəsilə qorunur. Ancaq proseslərin gedişatı onu göstərir ki, yaxın zamanlarda bu məsələyə də qanun çərçivəsində aydınlıq gətiriləcək.

Bankın bağlanmasının əsas səbəbi kimi cənab Pirverdiyevin rəhbərlik etdiyi “Azərenerjinin” Beynalxalq Bankda iri məbləğdə kredit borclarının olması və həmin borlcar üzrə ödəniş edə bilməməsi güman edilir.

Qeyd edək Etibar Pirverdiyev kredit borclarına görə bir neçə dəfə çağırılmışdır, hətta barəsində həbs qətimkan tədbirlərinin görülməsi barəsində söz-söhbətlər gəzirdi.

çəkilməsini istəməyən işçilərdən birinin verdiyi məlumata görə, 2015-ci ildə manatın dollarla nisbətdə iki dəfə dəyər itirməsi “Express Bank”ın aktivlərini xeyli azaldıb. Bankın səhv kreditləşmə siyasəti nəticəsində problemli kreditlərin həcmi artıb.

Başqa bir tərəfdən isə bankən kredit portfelində manat kreditlərinin həcminin nisbətdə çox olması və istehlak kreditlərinin ücdantutma hamıya verilməsi hazırda bankı pis vəziyyətdə qoyub.

Bu səbəbdən də bankın likvidlik göstəricilərinin pisləşdiyini deyən mənbəmiz bildirir ki, bankın rəhbərliyində, yəni İdarə Heyəti və Müşahidə Şurasında olanlar bank sahəsində peşəkar deyil:

“Bankın maliyyə göstəricilərinin pisləşməsi ilə nəticələnən səhv qərarları da onlar verib. Bankda çalışan azsaylı işçilər verilən səhv qərarlara dəfələrlə etiraz etsələrdə onların dediklərinə məhəl qoyulmayıb”.

Media üzərində apardığımız araşdırmalar zamanı məlum olub ki, bannın idarə heyətində təmsil olunan şəxslər yaxın adamlarının adına on milyon manatlarla kredit götürüb.

Maraqlıdır ki, “Express Bank”ın sözügedən “etibarlı müştəriləri”nin kredit götürməsi zamanı 2015-ci ildə verilmiş iki kəskin devalvasiya qərarından az əvvələ təsadüf edir. Və bank rəhbərliyi devalvasiya olacagını əvvəlcədən bilib, götürdüyü kreditləri xarici valyutaya çevirərək, böyük maxinasiya ediblər.

Deyilir ki, ilin sonuna qədər “Express Bank”ın lisenziyası ləğv ediləcək. Səbəb isə bankın likvidlik göstəricilərinin Mərkəzi Bankın qoyduğu nornalara cavab verməməsi və rəhbərliyin bank işindən uzaq adamlar olmasıdır.

Başqa bir mənbədən aldığımız məlumatda isə deyilir ki, bankın faktiki sahibi, “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev “Express Bank”ı xilas etmək üçün göstərdiyi çabalar da heç bir nəticə verməyib.

Bağlanacaq “Expressbank”ın əmlakı da Etibar Pirverdiyevdən alınaraq ölkənin iri banklarının birinin mülkiyyətinə veriləcək. Və “Express Bank”ın borclarını da həmin bank verəcək.шаблоны для dle 11.2

Oxunub: 2 718






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23