Məmur oğlu 2 milyonluq saat taxır, kimsəsiz ana parkda gecələyir - Şok video

Məmur oğlu 2 milyonluq saat taxır, kimsəsiz ana parkda gecələyir
Bərdənin bu parkında vaxtilə gözdən əlil Nazilə Musayeva övladı ilə gecələyirdi

Sensasiya TV rəhbəri Xəyyam Salmanzadə deyir ki,
xalqın və dövlətin dəstəyi ilə problemləri həll olunan Nazilədən sonra bu parka baş çəkmirdi.

Amma aylar sonra onu bu xiyabana dartıb gətirən səbəb 62 yaşlı Roza xanım olub. Roza ana pulsuzluqdan parkda gecələyir, günortalar ağacın arxasında gizlənir ki, kimsə görməsin.

“Çörək almağa pul tapmıram, kirayəni necə verim? Ayda 30 manat verirdim, indi o da yoxdur. Oğulsuz anayam, heç kimim yoxdur.

Bir qızım var, ona qaynanası imkan vermir ki, mənə kömək eləsin. Kürəkəni də anası evindən çıxarıb, heç balalarına baxa bilmir.

Mən məhlədə, qapılarda işləyirəm. Biri qənd verir, biri çörək verir. Kiminsə qapısına nə qədər getmək olar? Ondansa parkda ölərəm”, - deyə 62 yaşlı Roza ana göz yaşları içində dərdini bölüşür.



Onun sözlərinə görə, nə DSMF pensiya verir, nə sosial yardım ayrılır: “Məndən 30 illik staj istənilir. 30 qəpiyim yoxdur ki, çörək alım, stajım hardan olsun?

Prezident pensiyaları artırır, amma məni kimi adamlar ac-susuz qalıb. Gecələr skamya üstündə yatıram, deyirəm itlər məni gəlib yeyəcəklər”.

Roza xanım deyir ki, ona bir daxma versinlər, sığınacaq ayırsınlar: “O gün polis soruşdu ki, niyə burada oturmusan? Yalandan dedim ki, adam gözləyirəm. İkinci dəfə gəldilər, dedim ev-eşiyim yoxdur, burada qalıram”.

62 yaşlı ana prezidentin, dövlətin ayrı-ayrı şəxslərinin, deputatların, əliaçıq insanların ona kömək edəcəyinə ümid bəsləyir. Roza xanım qeyrətli oğullardan xahiş edir ki, onu anası bilsinlər, çörək pulu və sığınacaq dəstəyi versinlər. Doğurdan da bu qandonduran müraciətin videosuna baxanda insanın tükləri ürpəşir.

XXI əsr, Azərbaycanda iqtisadi islahatlar gedən bir vaxt, minimum əmək haqqı iki dəfə artırılıb, regionun lider ölkəsiyik, kimisinin oğlu milyonluq maşın sürür, kimisinin oğlu qoluna 2 milyonluq saat taxır, sonra itirir, amma Roza ana gecələməyə bir koması da yoxdur.

Bu uçurum, bu təbəqləşmə ölkədə yoxsullar və zənginlər ziddiyyəti yaradır. Roza ananın haqqıdır ki, evi olsun, normal qidalansın, dövlətdən sosial yardım alsın.

İnanırıq ki, bu videoya baxanların çoxunu titrədəcək, ürəyini əsdirəcək, vicdanlı adamları hərəkətə gətirəcək. Jurnalist X.Salmanzadə də süjetin sonunda bütün ölkəyə səslənir, xalqdan imdad diləyir. Gəlin birgə seyr edək:

шаблоны для dle 11.2

Oxunub: 8 468






E-mail: cahan.info@mail.ru