Uşağını baxıcıya verib qaçan qadın tapıldı - Atası aliment vermirmiş

Uşağını baxıcıya verib qaçan qadın tapıldı
Azərbaycanda azyaşlı uşağını baxıcı yanına qoyub yoxa çıxan qadın tapılıb.

Bu barədə oxu.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, azyaşlının anası polis bölməsinə gələrək izahat yazıb:


“O bildirib ki, iki ildir həyat yoldaşından ayrılıb və o, uşağa aliment vermir. Bu səbəbdən işləməyə məcbur olduğu üçün uşağı baxıcı yanına qoyub gedib”.

Kəmalə Ağazadə bildirib ki, uşaq hələ anasına verilməyib:

“Azyaşlı ilə bağlı profilaktik işlər aparılır. Uşaq İcra Hakimiyyətinin qəyyumluq komissiyasına veriləcək. Onlar uşağın anaya verilib-verilməməsi barədə qərar qəbul edəcəklər”.шаблоны для dle 11.2

Oxunub: 142






E-mail: cahan.info@mail.ru