Ukraynadakı səfirimiz geri çağırıla bilər - 2.4 milyonluq skandal böyüyür...

Ukraynadakı səfirimiz geri çağırıla bilər
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin eks-səfir Tələt Əliyevdən o ölkənin hüquq-mühafizə orqanlarına şikayət eləməsi diplomatik skandala səbəb olub.

Cahan.info-nun əldə etdiyi məlumata görə, A.Xudiyevin sabiq səfiri korrupsiyada ittiham etməsi və qarşılıqlı çəkişmə ölkənin Ukraynadakı mövqelərinə ciddi təsir edir.

Belə məlumatlar var ki, A.Xudiyev tezliklə səfir postundan geri çağırıla bilər. Məsələnin xarici işlər naziri Elmar Məmmədyarova və prezident İlham Əliyevə məruzə olunması, mediada qalmaqalın ciddi müzakirələr açması A.Xudiyevin səfir mandatına son qoya bilər. Eyni zamanda səfirin şikayət etdiyi T.Əliyev Bakıya gətirilə və barəsində cinayət işi başlana bilər.

Sabiq səfir deyib ki, Azər Xudiyev hələ onun səfir olduğu dövrdə özünü qeyri-adekvat aparıbmış: “Mən səfir olanda bu adam mənim diplomatım olub. Özünü bəzi hallarda adekvat aparmadığına görə, barəsində Azərbaycanın Xarici İşlər Nazirliyinə təqdimat yazmaq məcburiyyətində qalmışam. İndi o məndən bunun qisasını almağa çalışır.

Onun barəmdə şikayət ərizəsi ilə Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etməsi görünməmiş hadisədir və nəinki bizim, digər ölklərin diplomatik missiyalarının təcrübəsində də belə hallara heç vaxt rast gəlinməyib”.

Hazırki səfirimizin T.Əliyevin səfirliyə ayrılan vəsaitləri mənimsəməsinə dair şikayətindən sonra Ukraynanın hüquq-mühafizə orqanları araşdırmaya başlayıb, hətta sabiq səfirin evində axtarış aparılıb.

Bundan hiddətlənən T.Əliyev ümumiyyətlə, Azər Xudiyevin Ukraynadakı nüfuzlu azərbaycanlılara qarşı qərəzli mövqedə olduğunu iddia edib:

“Azər Xudiyev Ukraynadakı azərbaycanlılara, Azərbaycan üçün böyük işlər görmüş insanlara müharibə elan edib və o, səfir kimi vəzifələrinin icrası ilə deyil, şəxsi müstəvidə “razborkalar” aparmaqla məşğuldur…”

Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun Azərbaycandan olan rəhbəri Rüfət Quliyev qeyd edib ki, ölkəmizi təmsil edən sabiq və indiki səfir arasındakı problemlər bu şəkildə üzə çıxmamalıdır.

Millət vəkili Zahid Oruc isə məsələyə daha sərt münasibət bildirib: “Mövzu nədir? 10 il öncə səfirliyin binası təmir olunanda yeyintiyə yol verilib, yoxsa yox. Ay qardaş, bu məsələ Azərbaycanın kompetensiyasında olan bir problemdir, bunu Ukrayna prokurorluğuna müraciət edəndə bir sabiq və indiki səfir arasındakı bu polemika Azərbaycanın Ukraynadakı mövqeyinə mənfi təsir edir”.

Səfir açıqlamasında Tələt Əliyevin Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışan zaman külli miqdarda vəsait mənimsədiyini və hətta onun bir hissəsini qaytarmağa nail olduqlarını söyləyib.

Cahan.info yazır ki, səfirin Ukrayna Prokurorluğuna müraciətindən şəxsən xarici işlər nazirinin xəbəri olub-olmadığı bilinmir. Doğrusu, dövlətin adını və nüfuzunu uca tutan bir nazir buna razılıq verməyə ən azından tərəddüd edərdi.

Və məsələnin Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həllinə üstünlük verərdi. Lakin Elmar Məmmədyarovun “xüsusiyyətlərini” nəzərə alsaq, onun məsələdən xəbərdar olduğu və səfirin şikayətinə razılıq verdiyi də istisna edilə bilməz.

Nədən bu məsələ T.Əliyevin səfir olduğu müddətdə, yaxud ondan qısa müddət sonra yox, 2016-cı ildə Azər Xudiyevin səfir təyin olunmasından sonra qabardılıb? Axı T.Əliyevdən sonra 5 il müddətində həmin vəzifəni başqa bir diplomat – Eynulla Mədətli daşıyıb.

Bir sözlə, XİN rəhbərliyinin mövqeyi, daha doğrusu mövqesizliyi də bu qalmaqalın yaranmasında həlledici rol oynayıb - səfirin biri korrupsiyada ittiham olunur, digəri də öz ölkəsini təmsil etmiş diplomatdan yad ölkənin hüquq-mühafizə orqanına şikayət göndərir.шаблоны для dle 11.2

Oxunub: 203






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23