Trampın Suriyadan qəfil çəkilməsindən müttəfiqləri çaşqınlıq içində pərdəarxası...

Trampın Suriyadan qəfil çəkilməsindən müttəfiqləri çaşqınlıq içində pərdəarxası...
Trampın administrasiyasının müdafiə naziri Robert A. Lovett, kiçik qələbələr üçün böyük riskləri olan siyasi böhranlarla qarşılaşdıqda tövsiyə edirdi: “Pendiri unudun, tələdən çıxmalıyıq”.

Cahan.info-nun Analitik Qrupu yazır ki, Trampın Suriyadan çəkilmə qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində qəbul olunub və ABŞ-ın müdafiə strukturunu mat qoyub. “The Times” qəzetinin xəbəri belədir.

Suriyadan çəkilmə və Əfqanıstanda ixtisar Vaşinqtonda və ABŞ-ın müttəfiqləri arasında çaşqınlıqla qarşılanıb. Müdafiə naziri Ceyms Mattis və qlobal koalisiya üzrə prezidentin xüsusi elçisi Brett MakQurk qərara etiraz olaraq istefa veriblər.

Suriyada xarici müdaxilə münaqişənin uzanması, habelə mülki itkilər və əziyyətlərin çoxalmasına səbəb olub, ancaq ölkənin diktatoru Bəşər Əsədin hakimiyyətdən getməsinə gətirib-çıxarmayıb.

Beləliklə, Qərbin müdaxiləsi regionda, Yaxın Şərqdən Şimali Afrikayadək ərazidə korrupsiya və işsizlikdən tutmuş səmərəsiz siyasətə qədər patologiyanı daha da artırıb.

Həqiqətən, heç bir humanitar böhran xarici müdaxilələrlə bu cür ağırlaşmayıb.ABŞ müdaxilələri bölgəni bərbad hala gətirib, hərbi müdaxilələr uğursuz olduğundan, qoşunlar müəyyən müddətə orada saxlanılmalıdır.

Eyni zamanda, nizamsız və korrupsiyalaşmış Əfqanıstan qüvvələri kütləvi şəkildə fərarilik edir, “Taliban” isə dirçəlir, hər keçən illə xilasedici qüvvəyə çevrilir.

ABŞ-ın işğalından sonra hərbi iştirak problemin bir hissəsi halına gəlib və bu vəziyyətdə ölkədən çıxış yerli və regional balansların bərpasına kömək edə bilər.

ABŞ-ın çəkilməsi Rusiya və İran üçün zəfərdir. Amma bu iddianın sahibləri xəritəyə müraciət etməlidirlər. Rusiya və İran Yaxın Şərqin qonşularıdır, ABŞ isə okeanla ondan ayrılır.

Rusiya Suriya münaqişəsinə və Əfqanıstana – imperiyaların qəbiristanlığına qayıtmaq istəyirsə, ABŞ onun yolunu kəsməməlidir.

Son arqument budur ki, ABŞ-ın çəkilməsindən sonra İsrailamansız düşmənlərinin təhdidinə məruz qalacaq. Ancaq İsrail bölgənin ən qüdrətli hərbi qüvvəsi və nüvə silahlı yeganə dövlətdir.

ABŞ-ın çəkilməsinin tənqidçilərində təklif vermək üçün real alternativi yoxdur. Tramp hərbi qüvvələri ən azı növbəti altı ayda yerində saxlamağa razılaşsa, ABŞ seçiciləri ondan niyə seçki kampaniyasında verdiyi vədi pozduğunu soruşacaq.

Tətil dövrü olmasına rəğmən, normal halda səssiz olmalı olan Vaşinqton Suriya məsələsilə bağlı qaynayır.

Ortada bir boşluq olduğunu və Orta Şərqin bu boşluğu qaldıra bilməyəcəyini bilən dövlət qurumları Suriya üçün Prezident Trampı məmnun edəcək dövlət strategiyası formalaşdırmağa çalışırlar.

Milli təhlükəsizlik məsələlərində təsirə malik olan respublikaçı senator Lindsli Qrehem Baş qərargah rəisi Danfordla görüşdükdən sonra Ağ Evdə bu yaxınlarda Türkiyəyə gələcək Milli təhlükəsizlik müşaviri Con Boltonla görüşüb və strategiya məsələlərini müzakirə edib.

Bu görüşlərdən sızan, lakin hələ rəsmən təsdiq edilməyən məlumatlara görə, ABŞ rəhbərliyi cənuba çəkiləcək PYD ilə Türkiyə sərhəddi arasında bu təşkilatdan təmizlənmiş sahə – tampon bölgə yaratma planı üzərində işləyir.

Prezident Ərdoğan da Türkiyənin əsas hədəfinin öz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi olduğunu söylədiyinə görə, Amerikadakı qaynaqlar gəlinən bu nöqtənin Ankaranın tələblərinə cavab verəcəyinə ümid edirlər.

Vaşinqtonda PKK təsirindən “yaxşıca təmizlənmiş” Suriya kürdlərinin, Türkiyənin tələb etdiyi kimi, sərhəddən Ankara baxımından təhlükəsiz olan uzaqlığa – 30-40 km cənuba çəkilməsi üzərində düşünüldüyü söylənilir.шаблоны для dle 11.2

Oxunub: 663






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23